Qadin.NET / Hz.Əli qadınları təhqir edibmi?

Hz.Əli qadınları təhqir edibmi?

Hz.Əli qadınları təhqir edibmi?

 

Bir çox zaman internet saytlarında qarşımıza belə bir yazı çıxır:”Hz.Əli qadınları təhqir edib”. Əvvəlcə insanı çox təəccübləndirir bu başlıq və yazını oxumağa davam edirsən: ”O, Nəhcül-Bəlağə kitabının 80-ci xütbəsində yazır `qadınlar imansız, ağılsız və bədbəxtdirlər`”. Yazının davamı insanı daha çox təəccübləndirir deyilmi? Hz.Əli bin Əbu Talib kimi əxlaqlı və dərin düşüncəli insan qadınlar haqqında bu qədər alçaldıcı sözləri necə yaza bilər? Keçək məsələnin həqiqi tərəfinə…

Nəhcül Bəlağə kitabından verilən 80-ci xütbəni açıb baxanda, orda yazılanların burda olmadığını görürük. 80-ci xütbədə dünyaya bel bağlamamaqdan, haramdan qaçmaqdan və.s danışılır. Bu yazını hazırlayan təxribatçı islamafoblar xütbənin yerini səhv salıblar. Əslində sözü gedən xütbə 80-ci deyil, 79-cu xütbədir.

Xütbə 79:” Ey camaaat! Qadınların iman, irs və ağıldan payları azdır. İmanlarındakı çatışmazlıq heyzli günlərdə namaz qılmayıb, oruc tutmadıqlarına görədir. Ağıllarındakı nöqsan ona görədir ki, iki qadının şahidliyi bir kişinin şahidliyi yerindədir. İrs və pay baxımdan çatışmamazlıqları onlara çatan miras kişiyə çatan mirasın yarısı qədər olduğuna görədir. Pis qadınlardan uzaq durun, yaxşılardan isə çəkinin. Bəyənilmiş söz və əməllərdə onlara itaət etməyin ki, nalayiq söz və əməllərə tamah salmasınlar” (Nəhcül Bəlağə, İİR mədəniyyət mərkəzi-2009, səh.119)

İndi həmin xütbəni hissə hissə oxuyub, nə məna verdiyini anlayaq:

“Ey camaaat! Qadınların iman, irs və ağıldan payları azdır. İmanlarındakı çatışmazlıq heyzli günlərdə namaz qılmayıb, oruc tutmadıqlarına görədir”

Birinci iman məsələsində Hz.Əli özü xütbədə bu məsələyə aydınlıq verib. Məlum məsələdir ki, qadınlar heyz olduqları günlərdə namaz qılıb, oruc tutmazlar. Kişilərdə isə bu problem olmadığı üçün, onlar, ayın bütün günlərində oruc və namazlarını axsatmazlar. Deməli kişi bir ayda 30 (31) gün namaz qıla bilirsə, qadında bu daha azdır.

“Ağıllarındakı nöqsan ona görədir ki, iki qadının şahidliyi bir kişinin şahidliyi yerindədir.”

Burda da Hz.əli özü məsələyə aydınlıq verir. Məlum olduğu kimi qadınlar kişilərdən daha emosionaldırlar, yəni daha çox hisslərinə qapılırlar. Kişilər isə daha çox rasional varlıqlardır və bir məsələ baş verdikdə, ağılla təhlil edib qərar çıxarmağı seçirlər. Buna görə də İslam dinində iki qadının şahidliyi, bir kişinin şahidliyinə bərabərdir. Çünki qadın, şahidlik etdiyi zaman emosialarına qapılıb yalançılıq edə bilər. Kişi də isə bu daha az ehtimaldır.

“İrs və pay baxımdan çatışmamazlıqları onlara çatan miras kişiyə çatan mirasın yarısı qədər olduğuna görədir”

İslam dinində ailəni saxlamaq, ona baxmaq daha çox kişilərin üstünə düşən öhdəlikdir. Yəni bir kişi evdə oturub qadının onu saxlamasını gözləyə bilər, lakin əksi mümkündür. Bütün ağırlıq kişinin çiyinlərinə qoyulub. Buna görədir ki, İslam dinində miras bölgüsü zamanı kişiyə düşən miras qadına düşən mirasdan iki dəfə çox olur, çünki kişinin daşıyacağı yük daha ağırdır.

“Pis qadınlardan uzaq durun, yaxşılardan isə çəkinin”

Bu cümlə o mənaya gəlir ki, pis qadınlar onsuzda pisdirlər. Onlardan uzaq durmaq lazımdır. Yaxşı qadınlardan isə ona görə çəkinmək lazımdır ki, kişi özünü qadına daha çox əsir etməməlidir. Mümkün qədər çəkinməlidir. Çünki kişilər qadın mövzusunda çox zəifdilər və tarixdə qadına görə bədbəxt olan minlərlə kişilər olmuşdur.

“Bəyənilmiş söz və əməllərdə onlara itaət etməyin ki, nalayiq söz və əməllərə tamah salmasınlar”

Bir kişi qadının dediyi hər sözü-yaxşı söz olsa belə-şərtsiz edirsə, zamanla artıq həmin qadının əsirinə çevriləcək və bunu görən qadın öz istəklərini, sözlərini daha da artıracaq. Qadının əsiri olmuş kişi isə, qadının emosional, düşünülməmiş qərarlarını belə şərtsiz yerinə yetirəcəkdir. Bu isə çox ziyanlı bir işdir.

 

Ziya Balıyev

27 dekabr 2016
GO BACK