Salam Əziz xanımlarımız sizlərə bu gün İslamda Qadının Əri Qarşısında Vəzifələri haqqında Söhbət açmaq istəyirəm!
1.Xoş Sifətlə Qarşılama
Qadının ərini xoşbəxt edəcəyi əməllərin ən birincisi əri evə gələrkən onu sevinc və xoş sifətlə qarşılamasıdır.Sevinc içində əri qarşılama onun könlünü xoşhal edir.Ər evdən kənarda iş şəraitində bir çox çətinliklərə mübarizə aparmış, fitnə-fəsadla əlbəyaxa olmuş və evə yorğun-arğın dönmüşdür.Həqiqətən də həyat mübarizəsində saysız-hesabsız çətinliklər və sıxıntılar mövcüddur.
Şübhəsizdir ki, İslam, əxlaq normalarına görə qadına əri evə gələrkən onu yaxşı qarşılamasını tövsiyə edir.Ər arvadının onu xoş üzlə qarşılamasında rahatlıq tapır və sakitləşir.
Bu normalar qısaca aşağıdakılardır.
1.Gülərüzlülük
Bu yəni qarşılama anında gülərüzlü davranmağa səy göstərmək Allahın Elçisinin (Ona Allahın salavatı və salamı olsun) etdiyi vəsiyyətlərdəndir.
Abuzər(A.o.r) rəvayət edərək deyir ki:
Allahın Elçisi (Ona Allahın salavatı və salamı olsun) belə demişdir: “(Məlum) yaxşılıqlardan heç birinə bayağı yanaşmayın.
Bu yaxşılıq qardaşınıza gülər üz göstərməyiniz olsa da.
Ey müsəlman bacım!Yaxşı yadında saxla ki, ərinin üzünə gülümsədiyin anda sənə savab yazılır.
“Qardaşına gülümsədikdə isə təbəssümün bir sədəqə olur”.
Allahın Elçisi (Ona Allahın salavatı və salamı olsun) evində ailəsinə qarşı çox gülümsəyən və çox gülərüz idi.
2.Bəzənmə və ətirlənmə
Ərinin könlünə yatan və ona xoş gələn arvadını gözəl,təmiz libasda,cəlbedici və zövqlə geyinməsini görməsidir.Arvadın cazibəli üzünü,daranmış saçını və özünə vurduğu ətir qoxusunun ətrafa yayıldığını görməsidir.Belə olduqda ər sevinc və rahatlıq hiss edər.Evliliyin xoşbəxt ailə həyatına çevrilməsi üçün İslam qadının əri qarşısında bəzənməsini tövsiyə edir.Buna görə də bu dünyada zəruri faydalardan sayılan bu hərəkət əməlisaleh qadının müsbət keyfiyyətləri, fərdi özəllikləri sırasındadır.
İbn Abbas (Allah ondan razı olsun) deyir ki.Allahın Elçisi (Ona Allahın salavatı və salamı olsun) Ömərə (Allah ondan razı olsun) belə buurmuşdur: “Sizə kişinin gizlətdiyi gözəl və xeyirli bir məsələ haqqında xəbər verimmi?Əməlisaleh qadın əri ona baxdıqda onu xoşbəxt edir (sevindirir),ona əmr etdikdə isə,itaət edir.Ondan ayrılıb uzaqlaşdıqda namusunu qoruyur.”
Ey müsəlman bacım!Ərin üçün özünü gözəlləşdirməyə və bəzənməyə səy göstər ki,onu,gözəlliyini başqalarına nümayiş etdirən namussuz qadınların fitnəsindən qoruyasan.Çünki bu,dəlicəsinə açılıb saçılmaq mərəzi bir bəla kimi hər tərəfi bürümüşdür.Beləliklə,bu,ağlını itirmək dərəcəsində olan coşqunluq, hər ikinizin həyatınızın sevincinə və xoşbəxtliyinə böyük təsir göstərir.
Ardı var...