Qadin.NET / “Sülb” və “Təraib” deyərkən nə nəzərdə tutulur?

“Sülb” və “Təraib” deyərkən nə nəzərdə tutulur?

 

“Sülb” və “Təraib” deyərkən nə nəzərdə tutulur?

 

Allah-taala məad məsələsinə dair – bunu qeyri-mümkün hesab edən insanlar qarşısında dəlil olaraq belə buyurur: “İnsan gərək nədən yaradıldığına nəzər salsın!”

Bu ardıcıllıqla Quran bütün insanların əlindən tutaraq birinci yaradılışa qaytarır və bir sual cümləsilə onlardan soruşur: Sizin yaradılışınız nədən olmuşdur?

Onların suala cavab verməsini gözləmədən aydın olan bu sualın cavabını elə özü cavablayır və əlavə edir: “O, axıb tökülən bir sudan yaradılmışdır”. Bu, kişinin nütfəsinə (spermasına) edilən xarakterizədir ki, onun içində olur və çıxarkən sıçrayışa malikdir.
Sonra başqa bir vəsfdə bu sudan söz açır: “Sülbün və sinə sümükləri arasından çıxır”.

“Sülb” arxa (bel) mənasındadır. “Təraib” isə “təribəh” isminin cəmidir. Məşhur alimlərin nəzərinə görə, sinədən yuxarıda yerləşən sümüklərdir. O sümüklər ki, boyunbağı onun üzərində qərar tutur.

Eyni halda, başqa fərqli mənalar da qeyd edilmişdir. O cümlədən, insanın bel tərəfi olan sülbün qarşısında olan ön tərəf hissəsi, yaxud - əllər, ayaqlar və gözlər mənasında da işlədilmişdir. Bu ifadə sinə sümükləri toplusu, habelə sağ tərəfdən dör və sol tərəfdən dörd qabırğa anlamında da qeyd edilir.

Hər halda, burada “sülb” və “təraib” deyərkən nə nəzərdə tutulur? Təfsir alimləri arasında bu haqda çoxlu fikirlər səslənmiş, müxtəlif təfsirlər deyilmişdir.O cümlədən:

1. “Sülb” kişilərin özünə, “təraib” isə qadınlara işarədir. Necə ki, kişilər möhkəmlik, qadınlar lətafət və zinət məzhəridir. Yəni işarə olunur ki, nütfənin tərkibi kişinin və qadının nütfəsindən tərkib tapır.

2. “Sülb” kişilərin belinə, “təraib” isə sinəsinə və bədəninin ön hissəsinə aiddir. Buna görə də, nəzərdə tutulan kişinin nütfəsidir ki, belin daxili ilə onun ön hissəsində qərar tutan qarnının içindən çölə çıxır.

3. Nəzərdə tutulan körpənin qadının rəhmindən (analığından) çıxmasıdır ki, qadının beli ilə bədənin qarşı hissələrində yerləşir.

4. Bəziləri deyib ki, bu ayə dəqiq elmi nöqtəyə işarədir ki, müasir araşdırmalar bunu aydın etmişdir və Quran nazil olarkən, bu məsələ qaranlıq idi. Həmin nöqtə budur ki, nütfə kişidən (onun xayalığından) və qadından (yumurtalığından) tərkib tutur. Embriologiya alimlərinin araşdırmaları göstərir ki, bu ikisi hələ ilk mərhələdə - hansı ki, körpədə zahir olur, böyrəklərin yaxınlığında yerləşir. Təqribən sülb (bel) arasındakı fəqərə sütunları ilə təraib (insanın ən aşağı qabırğaları) ortasında yerləşir. Sonra zamanın keçməsi və inkişaf etmək nəticəsində iki üzv tədricən oradan aşağıya tərəf hərəkət edir və hər biri öz fəaliyyət mövqeyində yerini tutur. Yəni insanın əmələ gəlməsinin tərkib tapdığı kişi və qadının nütfəsi və onun əsas yeri – başlanğıcda “sülb” və “təraib” arasında olmuşdur. Quran elə bir ifadə işlətmişdir ki, həmin vaxt elmə hələ məlum deyildi. Müasir elm araşdırmalar apararaq bu məsələni aydınlaşdırmışdır.

Aydın ifadə ilə desək, kişinin xayası və qadının yumurtalığı yarandığının əvvəlində, yəni kişi və qadının özü hələ embrion olarkən onların arxasında qərar tutmuş, təqribən fəqərə sütunlarının ortasında paralel olmuşlar. Sonra tədricən ana bətnində kişi və qadının xilqəti kamilləşmiş və oradan ayrılmış, asta-asta öz yerini tutmuşdur. Belə ki, daha sonra kişinin xayası onun qarnından xaric, cinsiyyət üzvünün kənarında, qadının yumurtalığı isə oun bətnində yerləşmişdir.

Ancaq bu təfsirin ən mühüm problemi odur ki, Quran axıb gedən suyun sülb və təraib arasından xaric olduğunu deyir. Yəni su bu ikisindən çıxdıqda keçir. Bir halda ki, bu təfsirdə nütfə suyunun çıxması bu formada deyil. Bəlkə nütfə yaradan nəsnənin özü ana bətnində sülb və təraib arasında qərar tutmuşdur. Hələ burada təraib ifadəsinin axırıncı qabırğa kimi təfsir olunmasının özü müzakirə obyektidir.

5. Bu cümlədən məqsəd odur ki, məni - əslində insanın bütün bədən üzvlərindən alınır. Buna görə də insan münasibətini sonlandırdığı zaman bütün bədəni həyəcanlanır, sonra isə bütün bədəni süstləşir. Deməli, sülb və təraib insanın bütün bel və ön hissəsinə aiddir.

6. Bəziləri isə demişdir ki, məninin əsas əmələ gəlmə amili onurğa beyindir ki, kişinin belindədir. Sonra qəlb və qara ciyərdir ki, biri sinə sümüklərinin aşağısında, digəri isə bu ikisinin arasında qərar tutmuşdur. Məhz bu səbəb olmuşdur ki, bizim sülb və təraib arasında ifadəmiz onun üçün seçilmişdir.

Ancaq problemi həll etmək üçün hər bir şeydən öncə bu mühim nöqtəyə diqqət etmək lazımdır ki, yuxarıdakı ayələrdə təkcə kişinin mənisindən söz açılır. Çünki “ma`un dafiq” (axıb gedən su) ifadəsi kişinin nütfəsi üçün doğrudur, qadın üçün deyil. Elə məhz buna görədir ki, ondan sonrakı ayədə “yəxrucu” (çıxır) feilinin zəmiri ona qayıdır (yəni aid olur). Yəni deyir, bu axıb gedən su sülb ilə təraib arasından çıxır.

Bu səbəbdən Quranın bu bəhsində qadının da aid edilməsi nəzərə münasib gəlmir. Əksinə, daha münasib ifadə elə bu deyiləndir. Bir sözlə, “sülb” və “təraib” deyərkən nəzərdə tutulan insanın arxa və ön hissəsidir. Necə ki, kişinin nütfəsi o ikisinin arasından çıxır.

Bu bir təfsirdir ki, aydın, hər bir dolaşıqlıqdan uzaq və bu iki kəlmənin mənası barədə lüğət kitablarında gələnlərlə uyğunluq təşkil edir. Eyni halda mümkündür ki, bu ayədə daha mühim həqiqət gizlənmiş olsun, belə ki, hələ də müasir elm həddində kəşf olunmamışdır. Ola bilər ki, gələcəkdə alimlərin kəşfləri bunun üzərindən pərdəni kənara çəkmiş olsun.

Hazırladı: Fərid Abdullah.
“Nümunə təfsiri”ndən istifadə olunmuşdur.

24 oktyabr 2016
GO BACK