Qadin.NET / Hz.Fatimənin (s.ə.s) yüksək əxlaqı

Hz.Fatimənin (s.ə.s) yüksək əxlaqı

Fatimə (s.ə), yüksək bir əxlaqa, şərəfli bir xarakterə, üstün bir nəfsə, ulu bir həssaslığa, tez qavrayan bir anlayışa, iti bir zehinə, uca bir ərdəmə, parlaq bir üstünlüyə, müşk iy verən bir nəfəsə, cəsur bir ürəyə, bitmək nədir bilməyən bir həyəcana, özünü bəyənmişlikdən uzaqlığıyla heyranlıq oyandıran bir izzətə sahib idi. Qürurluların təsəvvür etdikləri böyüklük onun səviyyəsinə çatmaqdan çox uzaq idi. Böyüklənənlərin və zorbaların qarşısında əyilməzdi.
O, xoşgörüş, sükunət və geniş sinəsiylə, geniş üfüqlü təmkiniylə, öz güvən və yumşaqlığıyla, möhkəm xarakteri və iffətiylə, qürurunu qorumasıyla bir əxlaq abidəsi idi.
    Atasının vəfatından əvvəl, parlaq bir qürur və açıq bir həya timsalıydı. Gülər üzlü və təbəssümlü bir gözəllik abidəsi idi. Amma atasının (s.ə.v) vəfatıyla birlikdə üzündəki təbəssüm itmişdi.
    Dilindən haqqdan başqa bir söz tökülməzdi, yalnız doğrunu danışardı. Kimsənin pisliyindən danışmazdı. Qeybət etməz, kimsəni arxadan çəkişdirməzdi. Kimsəni kiçik hesab edici qaş göz işarəsi etməzdi. Başqalarının sirrini saxlayar, verdiyi sözə əməl edərdi. Müşavirədə doğrunu söyləyər, onların gerçək xeyirini istəyərdi, başqalarının bəhanələrini qəbul edərdi. Səhvləri xoş görərdi. Çox dəfə dolaşmaları və pislikləri helm xoşgörüşlə qarşılayardı.
    "Pislikdən qaçar, daim yaxşılığa meylli idi. Etibarlı idi. Sözündə doğru idi. Yaxşı niyyətli idi və sözündə qətiliklə dayanardı. İffətin ən yüksək mərtəbəsində idi. Tərtəmiz idi və adında ən kiçik bir ləkə yox idi.  Hz. Zəhra az ilə kifayətlənən biriydi. O, ehtirasın ürəyi parçaladığını, işlərdə nizamsızlıq və dağınıqlığa səbəb olduğunu çox yaxşı bilirdi. O, həyatının sonuna qədər atasının özünə söylədiyi bu sözü prinsip əldə etdi: "Ey Fatimə! Əbədi nemətlərə qovuşa bilməyin üçün, dünya həyatının ağrılarına qarşı səbr et." Sadə bir həyata razı idi. Həyatın çətinliklərinə qarşı səbirli idi. Halalın azıyla kifayətlənərdi. Razı idi və özündən razı olunmuşdu. Başqasına aid olan, başqasının sahib olduğu şeylərə göz qoymazdı. Haqqı olmayan bir şeyə də gözlərini tikməzdi. Allah-dan başqasından bir şey istəməyə tənəzzül etməzdi. O, üzsüzlük etməz şərəfli nəfsin tam bir timsalıydı. Necə ki atası (s) belə demişdi: "Əsl zənginlik könül zənginliyidir."
    O, dünyasını bir tərəfə buraxaraq özünü Rəbbinə həsr edən Hz. Bətul- idi. Dünyanın cazibədar bəzəklərinə arxasını dönmüşdü. Dünya həyatının hiyləçi gözəlliklərinə meyl göstərmirdi və dünyaya meyl etmənin nə böyük fəlakətlərə gətirib çıxardığını çox yaxşı bilirdi. Dünya həyatının çətinliklərinə səbr edərkən, dilindən Rəbbinin zikrini əskik etmədən məsuliyyətini yerinə yetirmə barəsində böyük bir səbir nümunəsi sərgiləyirdi.
    Hz. Zəhra"nın əsl maraqı axirətə istiqamətli idi. Dünyanın göz oxşayan gözəlliklərinə dəyər vermirdi. Çünki atasının (s.) dünyadan, dünyanın nemətlərindən, ləzzətlərindən və şəhvani arzularından üz çevirdiyini görürdü.

Fatimə (s.ə), yüksək bir əxlaqa, şərəfli bir xarakterə, üstün bir nəfsə, ulu bir həssaslığa, tez qavrayan bir anlayışa, iti bir zehinə, uca bir ərdəmə, parlaq bir üstünlüyə, müşk iy verən bir nəfəsə, cəsur bir ürəyə, bitmək nədir bilməyən bir həyəcana, özünü bəyənmişlikdən uzaqlığıyla heyranlıq oyandıran bir izzətə sahib idi. Qürurluların təsəvvür etdikləri böyüklük onun səviyyəsinə çatmaqdan çox uzaq idi. Böyüklənənlərin və zorbaların qarşısında əyilməzdi.O, xoşgörüş, sükunət və geniş sinəsiylə, geniş üfüqlü təmkiniylə, öz güvən və yumşaqlığıyla, möhkəm xarakteri və iffətiylə, qürurunu qorumasıyla bir əxlaq abidəsi idi.
 Atasının vəfatından əvvəl, parlaq bir qürur və açıq bir həya timsalıydı. Gülər üzlü və təbəssümlü bir gözəllik abidəsi idi. Amma atasının (s.) vəfatıyla birlikdə üzündəki təbəssüm itmişdi.
Dilindən haqqdan başqa bir söz tökülməzdi, yalnız doğrunu danışardı. Kimsənin pisliyindən danışmazdı. Qeybət etməz, kimsəni arxadan çəkişdirməzdi. Kimsəni kiçik hesab edici qaş göz işarəsi etməzdi. Başqalarının sirrini saxlayar, verdiyi sözə əməl edərdi. Müşavirədə doğrunu söyləyər, onların gerçək xeyirini istəyərdi, başqalarının bəhanələrini qəbul edərdi. Səhvləri xoş görərdi. Çox dəfə dolaşmaları və pislikləri helm xoşgörüşlə qarşılayardı.
 Pislikdən qaçar, daim yaxşılığa meylli idi. Etibarlı idi. Sözündə doğru idi. Yaxşı niyyətli idi və sözündə qətiliklə dayanardı. İffətin ən yüksək mərtəbəsində idi. Tərtəmiz idi və adında ən kiçik bir ləkə yox idi.  Hz. Zəhra az ilə kifayətlənən biriydi. O, ehtirasın ürəyi parçaladığını, işlərdə nizamsızlıq və dağınıqlığa səbəb olduğunu çox yaxşı bilirdi. O, həyatının sonuna qədər atasının özünə söylədiyi bu sözü prinsip əldə etdi: "Ey Fatimə! Əbədi nemətlərə qovuşa bilməyin üçün, dünya həyatının ağrılarına qarşı səbr et." Sadə bir həyata razı idi. Həyatın çətinliklərinə qarşı səbirli idi. Halalın azıyla kifayətlənərdi. Razı idi və özündən razı olunmuşdu. Başqasına aid olan, başqasının sahib olduğu şeylərə göz qoymazdı. Haqqı olmayan bir şeyə də gözlərini tikməzdi. Allah-dan başqasından bir şey istəməyə tənəzzül etməzdi. O, üzsüzlük etməz şərəfli nəfsin tam bir timsalıydı. Necə ki atası (s) belə demişdi: "Əsl zənginlik könül zənginliyidir."    O, dünyasını bir tərəfə buraxaraq özünü Rəbbinə həsr edən Hz. Bətul (ləqəblərindən biri) idi. Dünyanın cazibədar bəzəklərinə arxasını dönmüşdü. Dünya həyatının hiyləçi gözəlliklərinə meyl göstərmirdi və dünyaya meyl etmənin nə böyük fəlakətlərə gətirib çıxardığını çox yaxşı bilirdi. Dünya həyatının çətinliklərinə səbr edərkən, dilindən Rəbbinin zikrini əskik etmədən məsuliyyətini yerinə yetirmə barəsində böyük bir səbir nümunəsi sərgiləyirdi.
Hz. Zəhra"nın əsl maraqı axirətə istiqamətli idi. Dünyanın göz oxşayan gözəlliklərinə dəyər vermirdi. Çünki atasının (s.) dünyadan, dünyanın nemətlərindən, ləzzətlərindən və şəhvani arzularından üz çevirdiyini görürdü.
Düşünürəm ki, Xanım Zəhra hər bir qadının idealı olmalıdır. Əsl nümunə barizi. Bəziləri deyir filan hicablı belə etdi və bu kimi şeylər. Həmişə onlara bir cavab verirəm. Əsas nümunə Peyğəmbər Qızıdır. Vəssalam. İnşəAllah Allahu Təala her bir qadına Xanım Zəhra əxlaqından faydalanmağı diləyirəm. İnşəAllah Məşhər günü hər kəsə şəfaətçil olmasını böyük Allahdan diləyirəm. Amin!

13 avqust 2011
GO BACK