Kəndin ən zəngini idi. Qısa bir müddət əvvəl dünyadakı ən qiymətli varlığı yoldaşını itirmişdi. Uşağı olmadığı üçün sərvətini nə edəcəyi iıə hər kəs maraqlanırdı. Yoldaşının acısına artıq dözə bilmir, öz əcəlinin də yaxınlaşdığını hiss edirdi. Sonunda sərvətini kimə buraxacağını vəsiyyət etdi. Bu indiyə qədər görülməmiş, çox qəribə bir vəsiyyət idi. Öldükdən sonra məzarında özüylə birlikdə yatacaq olan adama sərvətini buraxacaqdı. Heç kim belə bir şəkildə sərvətə qonmaq istəmirdi. Ölü birisiylə qəbiristanlıqda bir axşam yatmaq asan deyildi. Adam öldükdən sonra bir hambal ortaya çıxdı və adamla birlikdə məzar çuxurunda bir gecə qalmağı qəbul etdi. "Nə olursa olsun hər qaranlıq və qorxunc bir gecənin işıqlıq və aydın bir səhəri vardır" deyə düşünmüşdü. Bu adam kəndin ən kasıbı idi. Heç torpağı yox idi. Dolanışığını kürəyindəki kifə və iplə qarşılayırdı. Onun üçün ha kasıb olaraq yaşamısan ha da ölmüsən nə fərq edərdi? O axşam ölünün yanında yatdı. Gecə yarısına doğru iki mələk ölünün üzərində göründülər və danışmağa başladılar: "Bu ölünün hesabını necə olsa sonra da görərik. İndi bu diri olan qula bəzi suallar soruşaq baxaq; onu bir hesaba çəkək.
Yazıq adamın ödü partladı. Mələklər adamı sorğulamağa başladılar. Küfəyi hansı pulla aldın?
Küfəyi aldığın pul halal idimi?
Küfəyi satan adamı araşdırdınmı? Bəlkə də oğurladığı bir küfəydi.
İpi haradan götürdün? Nə qədər pula aldın?
İpin pulunu hansı yollardan qazandın?
Bu şəkildə səhərə qədər sorğulandı. Adam az qala qorxudan öləcəkdi. Səhər qəbiristanlığa gələn kəndlilər, adamın yaşadığını gördülər və onu cəsarətindən ötəri qeyd edərək, zəngin olduğu müjdəsini verdilər. Ancaq adam sərvəti rədd edərək belə söylədi: "İstəmirəm, mən sadə bir küfəylə ipin hesabını səhərə qədər ancaq verə bildim. O qədər sərvətin hesabını əsla verə bilmərəm."