Qadin.NET / Məhərrəm ayı haqqında dəyərli Hədis

Məhərrəm ayı haqqında dəyərli Hədis

Məhərrəm ayı haqqında dəyərli Hədis

İmam Rza (ə) buyurub: "Məhərrəm elə bir aydır ki, cahiliyyət dövründə camaat o ayda döyüşməyi haram kimi qəbul etmişdilər. Lakin Bizim qanımızı tökməyi o ayda rəva gördülər və Bizim ehtiramımızı aradan qaldırdılar. Övladlarımız və qadınlarımızı əsir apardılar. Çadır və mənzillərimizi yandırdılar. Nəyimiz vardısa, qarət edib apardılar və Allah Rəsulunun(s) Bizim haqqımızda dediklərinə riayət etmədilər.
Həqiqətən də, Hüseynin(ə) başına hadisələr gələn (Aşura) gün(ü) Bizim göz qapaqlarımızı yaraladı, göz yaşımızı axıtdı, əzizimizi zəlil etdi. Odur ki, Qiyamət gününə qədər ağlayan gözlər gərək Hüseyn(ə) kimisinə ağlasın. Çünki (ona) ağlamaq böyük günahları təmizləyər.
Atamın (imam Kazımın (ə)) məhərrəm ayı olduqda üzü gülməzdi. On gün ərzində qəm-qüssə onu ağuşuna alardı. Onuncu gün (Aşura günü) olduqda isə o gün atamın müsibət, hüzn və ağlamaq günü idi. O, buyurardı: "Bugün Hüseynin(ə) qətlə yetirildiyi gündür." Şeyx Saduq(r.ə), "əl-Əmali", səh 128

8 oktyabr 2016
GO BACK