İbn Abbas rəvayət edir ki, Abdul-Qeys qəbiləsinin nümayəndələri Peyğəmbərin ( s.ə.s) yanına gəldikdə o: “Siz kimlərdənsiniz?”– deyə soruşdu. Onlar: “Rabiy'a qəbiləsindənik”– deyə cavab verdilər. Peyğəmbər (s.ə.s ) buyurdu: “Xoş gəlmişsiniz! Allah sizi utandırmasın, peşman eləməsin!” Onlar dedilər: “Ya Rəsulullah! Biz sənin yanına yalnız haram ayda gələ bilirik. Səninlə bizim aramızda Mudar qəbiləsinin kafirləri vardır. Odur ki, bizə haqqı batildən ayırd edən bəlli bir şey əmr et ki, onu geridə qalanlarımıza xəbər verək, onun sayəsində Cənnətə girək.” Onlar Peyğəmbərdən (s.ə.s) içkilər barədə də soruşdular. Peyğəmbər (s.ə.s) onlara dörd şeyi əmr etdi, dörd şeyi qadağan etdi. Onlara Tək Allaha iman gətirməyi əmr etdikdən sonra soruşdu: “Bilirsinizmi, Tək Allaha iman gətirmək nə deməkdir?” Onlar: “Allah və Onun rəsulu daha yaxşı bilir!”– dedilər. Peyğəmbər (s.ə.s) buyurdu: “Bu – şəriki olmayan Tək Allahdan başqa ibadətə haqqı olan heç bir məbudun olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və qənimətlərdən beşdə birini (xüms ) verməyinizdir.” Peyğəmbər (s.ə.s ) onlara dörd şeyi – həntəmi , dubbanı , nəqiri və müzəffəti yaxud müqəyyəri qadağan etdi. Sonra dedi: “Buyurduqlarımı yadda saxlayın və bunları özünüzdən sonra gələnlərə xəbər verin.” (əl-Buxari, 53)
Qeyd: Xüms – hərbi qənimətlərin beşdə bir hissəsi. Bu bir hissə yenə də beş hissəyə bölünür və sonra onun beşdə bir hissəsi müsəlman hökmdarının əlində qalır, qalan beşdə dörd hissə isə Quran bölgüsünə uyğun olaraq Muhəmməd Peyğəmbərin (s.ə.s) qohumları – Haşimin zürriyyəti, yetimlər, kasıblar və ehtiyac içində olan müsafirlər arasında paylanır.
Həntəm – tərkibinə yun və qan qatılmış gildən düzəldilmiş yaşıl rəngli cürdək. Əvvəllər bu cür qablarda şərab saxlayardılar.
Dubba – şərab saxlamaq üçün qurudulmuş boranıdan düzəldilmiş qab.
Nəqir – şərab saxlamaq üçün içi oyulmuş xurma kötüyündən düzəldilmiş qab.
Müzəffət, yaxud müqəyyər – şərab saxlamaq üçün yanları qatranla malalanmış qab
Həntəm – tərkibinə yun və qan qatılmış gildən düzəldilmiş yaşıl rəngli cürdək. Əvvəllər bu cür qablarda şərab saxlayardılar.
Dubba – şərab saxlamaq üçün qurudulmuş boranıdan düzəldilmiş qab.
Nəqir – şərab saxlamaq üçün içi oyulmuş xurma kötüyündən düzəldilmiş qab.
Müzəffət, yaxud müqəyyər – şərab saxlamaq üçün yanları qatranla malalanmış qab