Qadin.NET / Dini mövzularda özünü aldatmağın 40 yolu-27

Dini mövzularda özünü aldatmağın 40 yolu-27

İbadətlərə gücüm yetmir, vaxt tapa bilmirəm.

Bəzi insanların Allaha olan qulluğunu ifadə etmək üçün ibadət etməsinin lazım olduğunu ancaq yerinə yetirə bilmədiyi qulluq vəzifələri ilə bağlı bir sıra bəhanələr irəli sürdüklərini görürsünüz. Əslində hər nə bəhanə irəli sürülürsə, sürülsün, bütün bəhanələrin ortaq bir nöqtədə birləşdiyini anlayarsınız: tənbəllik. "Namaz qılmaq istəiyrəm, amma belim, dizim ağrıyır", "Çox istəsəm də, oruc tuta bilmirəm, mədəm ağrıyır", "Orqanizmim zəif olduğu üçün həkim uzun müddət ac qalmaq olmaz, dedi", "Yuxu problemim var, səhərlər namaz üçün qalxa bilmirəm", "Qazancım xərclərimi qarşılamır ki, zəkat, sədəqə verə bilim", "Gün boyu çox məşğul oluram, ibadətə zaman ayırmağım mümkün deyil" kimi bu cür sonu gəlməyən siyahılarla müxtəlif bəhanələr sadalanır. Halbuki həqiqi inananın ibadətlərə vaxt ayırması deyil, ibadətlərinin qarşısını alacaq digər bütün işlərini ibadət xaricindəki zamanlarına görə müəyyən etməsi gərəklidir. Bununla yanaşı, məsələn, oruc tutmağa gücü yetirilməyən günlərin orucunun başqa günlərdə tutulması, ya da heç gücü yetmirsə, Quranda qarşılığında yoxsul doyurması söylənir. Bu cür bəhanəyə sahib neçə nəfər tutmadığı orucunu başqa günlərdə tutmağı, yaxud heç tutmursa qarşılığında fəqir-füqəra doyurmağı yoxladı? 

Əlbəttə kimlərinsə, "Vaxt nağddır" və əgər insanın boş vaxtı varsa bunu nağda çevirmək için səy göstərməsi lazımdır. Tanınmış olmaq, bir film və ya reklamda rol oynamaq üçün insanın qatlanamacağı çətinlik, əzbərləyəməyəcəyi mətn, girməyəcəyi şəkil, dəyişməyəcəyi qılıq qalmaz. Özünə fayda verəcəyinə inandığı bir şey üçün vaxt da tapır, onu yerinə yetirmək üçün imkan da tapır. Fanatı, heyranı olduğu sənətçinin konsert biletini əldə etmək uğruna günlərcə öncədən növbəyə girərək saatlarca ayaq üstə gözləyər insan. Yağış-palçıq demədən bir reklam çarxının çəkiliş seçimi üçün günlərlə gedib gələr. 

Özünü bəyəndirmək, gözəl görünmək üçün insanın etmədiyi qalmaz. Əksər insan səmimiyyətsizdir əslində. Dini mövzulara yetərincə vaxt tapa bilməyən biri fərdi baxım və inkişafına illərini ayıra bilər. "Həyat təlimçisi" və "Fərdi inkişaf" başlığı altında yığınla kitab oxuya bilər. Öyrəndiklərini praktikada tətbiq etməyə və cəmiyyət içərisində nüfuz sahibi olmağa çalışa bilər. Bədən dilini istifadə etməyi bilmək, nitqi inkişaf etdirmək və ya xarici dilləri öyrənmək üçün kurslara qatıla bilər. 

Gözəl və atletik bir bədən üşün idman salonlarına getməyə vaxt tapa bilər. Dəfələrcə əyilib qalxar, saatlarca tər axıdar. Nəfəsi kəsilənə qədər qaçar, ya da kilolarca ağırlığı qaldırıb endirər ki, əzələləri estetik bir gözəllik görünüşü versin. Pilates, yoqa deyərək ceşidli formalara girər. Sağlam və gümrah yaşamaq üçün bunların hamısını lazımlı olmasına özünü inandırar. "Hər şeyə vaxt tapırsan, bir namaz qılmaq sənə çox gəlir?" soruşacaq olsanız, adətən sizə "Necə yəni, indi idman da etməyəcəyik?" şəklində bir cavabla qarşılaşarsınız. 

Çox insan səmimiyyətsizdir. Həyat boyu özünü aldadır. Bir imtahan olanda saatlarca uşaqlarını bağçada gözləyərlər. Gecənin bir yarısında, ya da sübh tezdən itini gəzdirmək üçün ərinmədən bayıra çıxarlar. Bir məhsul almadan əvvəl saatlarca onun qiymətini incələyərlər. Ən ucuz hardan ala biləcəklərini, əvvəl alanların məmnun qalıb qalmadıqlarına qədər öyrənərlər, soraq edərlər. Məhsul haqqındakı onlarca şərhi oxuyar, olmazsa mağaza-mağaza dolaşar. Ölçər, biçər. Zəmanəti varmı, yoxmu, davamlıdırmı, deyə saatlarca baş yorarlar. Nə üçün? Üç qəpik çox pul verməmək, yaxud keyfiyyətsiz bir şey almamaq üçün. Bəzən bir filmə getmədən öncə filmə verilən səsverməyə baxılır, nə qədər insan baxıb, bəyənilmə sayı necədir sualı ilə internetdə axtarış edilir. 

Metro, metrobus, ya da avtobus içərisində insanların nələr ilə məşğul olduğuna və hansı mövzularda söhbət etdiklərinə bir diqqət edin. Xüsusilə son illərdə ağıllı telefon deyilən cihazların yayılması ilə hardasa hər kəsin gözünün telefon ekranına kilidlənməsini görə bilərik. Kimi yol boyunca oyun oynayar, kimi sosial medianı təqib edər, qulaqlığı taxıb musiqi dinləyər, kimisi də xəbərləri incələyər. Yanında bir yoldaşı varsa, dəqiqələrcə keçən axşam oynanan maçın tənqidi aparılır. "Kirayə aldım, satdım, gəldim, getdim", söhbətləri heç bitməz. ya da kimiləri qəzet və roman oxuyurlar. Hələ uzun hava yolu və avtobus yolunda insan təlaşa qapılar, necə keçirəcəm bu qədər vaxtı? 

Film üstündən film izləyər, musiqi üstündən musiqi dinləyər. Sözün qısası insan istədikdə işinə gələn hər şeyə fürsət də, vaxt da tapa bilir. Amma iş Allahın əmrini yerinə yetirməyə gəlincə çox insan ərinir. İndi bu sətirləri oxuyarkən "Burda nə var ki, bunlar da halaldır", deyə bilər. Halbuki burda diqqət çəkilməyə çalışılan şey halallıq, yada haramlıq deyil. Niyə görə insan ancaq xoşuna gələn şeylərin arxasıncadır? Yaxud, nəyə görə ancaq arzularına görə hərəkət edir? İnsan üçün ən birinci qulluq vəzifələrini yerinə yetirməsi olmasıdır. Bunlardan qaçıb hər şeyə zaman ayırarkən, əsas qulluq və vəzifələrə vaxt tapamamaq ikiüzlülüyün göstəricisidir. Allah üçün edilməsi lazım olan şeyləri etməyənlərin irəli sürdükləri bəhanələrdən birinə Quran ayələri bu şəkildə diqqət çəkər: 

“Var-dövlətimiz və ailələrimiz bizi (döyüşə getməkdən) yayındırdı". (Fəth surəsi, 11-ci ayə)

"Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır". (Munafiqun surəsi, 9-cu ayə)

* * * * *

Bəzi insanların çalışdıqları yer uyğun olarsa, namaz qılıb, Allahı anmaları üçün gün içərisində vaxt ayırmasının mümkün olacağını ifadə etdiklərini görürsünüz. Həqiqətən də insanların bir qisminin bu məsələdə səmimi olmalarına zərrə qədər də şübhə yoxdur. Qəbahət sadəcə bəhs etdiyimiz insanların deyil, eyni zamanda insanın ən təbii haqqı olan Yaradıcısına ibadət haqqını qəsb edənlərindir. İnsanlara hissləri olmayan maşınlar kimi davranaraq mənəvi dünyalarını heçə saymaq necə bir iş və insanlıq əxlaqıdır? 

Zamanla dini həssaslığı olan və dinin vəzifələrini yerinə yetirmək istəyən insanların böyük əksəriyyətinin də bu vəziyyətə alışdığını və bunu həyatın bir gerçəyi olaraq qəbullandığını görə bilərsiniz. Bu da insanın özünü aldatmaq yollarından biridir. İşlədiyiniz iş yerində əlavə iş saatlarında telefonla zəngə qadağa qoyulmasını fərz edək. Özünüzə görə çox əhəmiyyətli hesab etdiyiniz bir vəziyyətinizlə əlaqəli olaraq bir şəkildə kimsənin görməyəcəyi bir köşəyə çəkilib zənginizi edərsiniz. Bənzər nümunələri çoxaltmaq mümkündür. Amma iş namaz qılmağa və Allahı anmağa gəldikdə, nə hikmətdirsə şərtlər heç bir zaman uyğun olmaz. Yaxud da o cür işinə gəldiyi üçün, çoxusu şərtlərə güc gəlməz. Bu qədər ucuz şeylər üçün sahib olduğumuz hər şeyi bizə verən Allahın əmri heçə sayıla bilərmi? Halbuki qıla bilmədiyi bir namazın, tuta bilmədiyi orucun sıxıntısını çəkməlidir insan. 

Bəzi insanlar da çox işləməkdən Allaha lazımi ibadəti yerinə yetirməyi unutduqlarını söyləyərlər. Amma iş yerlərində edilməsi lazım olan işləri unutmadıqlarını, yetişməsi gərəkli olan layihələr üçün gecə-gündüz çalışmalarını, ya da məsələn, son günündən əvvəl yatırmaları vacib kredit kartı, yaxud digər borclarını xatırlamaq üçün müxtəlif yerlərə qeydlər etdiklərini görə bilərsiniz. Qısacası insan özünə əhəmiyyətli hesab etdiyi şeyləri unutmamaq üçün hər cür tədbiri ən incə detallarına qədər etməkdən geri qalmaz, amma ibadət məsələsinə gəldikdə nədənsə unudulur. Daha əvvəl də dediyim kimi həqiqi mömin üçün gün boyu ediləcək bütün işlər ibadət vaxtlarına görə müəyyən edilməlidir. Gerçək inanan bəndənin günü namaz və Quranla başlayıb, yenə də namaz və Quranla sona çatar. Həqiqi mənada qulluq dediyimiz şey budur. İnsan bilməlidir ki, Allaha könüldən qul olduğunda bütün asılılıqlardan xilas olur. Allah insanı qulu buyurub yüksəltmiş, insan dünyanın köləsi olub alçalmışdır. 

"Xeyr, siz dünya həyatını (olduqca) üstün tutursunuz; Axirət isə daha xeyirli və daha sürəklidir". (Əla surəsi, 16-17-ci ayələr)

Quran ayələri cümə günü namaz üçün çağrıldığında Allahı yad edin deyər. Amma cümə günləri iş gününün ən hərəkətli zamanları olur gündüz saatları. Qovluqlardan başınızı qaldıra bilməz, bir an olsun masanızdan ayrıla bilməzsiniz. Amma bir yaxınınız ölsə, yaxud qəza keçirsə, nə edər-edər gedərsiniz xəstəxanaya. Yaxşı, anidən siz ölsəniz, geri qayıdıb xətalarınızı düzəltmək imkanınız olacaqmı? İnsan aldatdığı kəsin yenə də özü olduğunu görərək, özünü aldatmağa davam edir. Digər tərəfdən də mümkün imkanlar daxilində çalışdığınız işi də dəyişdirmək mümkündür. Bəlkə böyük bir maaşımız və parlaq bir karyeramız olmaz, amma Allah üçün etdiyimiz bu qədər kiçik bir fədakarlıq üçün belə əmin olun, Allah qatındakı etibarınız yüksəlir. Hər gün özümüzə soruşmalı olduğumuz bir sual var həyatda: Yaşadığın bu həyatın və boşa keçən vaxtının hesabını necə verəcəyin mövzusunda bir fikrin varmı? Allahın verdiyi bədənlə ona ibadət etməyən, Allahın verdiyi imkanı Onun rizası üçün sərf etməyən və zamanını Onu anmaq və qulluğunu ifadə etməyə görə müəyyənləşdirməyən insan Rəbbinə qarşı nankorluq edir. İnsanlar mallarını yığıb topladıqları kimi, bədənlərini və vaxtlarını da yalnız özlərinə saxlayaraq simicləşirlər. Halbuki bu anlayış üzərinə bina edilmiş bir həyatın, uçurumun kənarına qurulmuş bir evdən fərqi yoxdur. 

"Binasını Allah qorxusu və (Onun) rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs?" (Tövbə surəsi, 109-cu ayə)

İnsanın dünya həyatının gəlib keçici olduğu həqiqətini fərq etməsi üçün özünə verilən vaxtı ola bildiyi qədər doğru zaman kəsiyində istifadə etməsi lazımdır. İş işdən keçdikdən sonra ah-vah etməyin bir faydası olmayacaq. Öləndən sonra əhəmiyyətli olacaq nədirsə ona diqqət etməlidir insan. Vəfat etmiş və hazırda məzarda olan bir yaxınımızı düşünək. Əgər dünyaya geri dönməyə bir fürsəti olsaydı, nə kimi işlərlə məşğul olardı? Allahın rizasını qazanmaq və qulluğunu gözəl bir şəkildə ifadə etmək üçün daha xeyirli işlərə yönəlməzdimi? Məzardakı birinin təkrar dünyaya qayıdaraq xətalarını düzəltmək şansı yoxdur, bir gün bizim də eyni şəkildə torpağın altına girəcəyimiz qəti olduğuna görə hələ əlimizdə fürsət varkən Allaha doğru şəkildə qulluq etməyimizə əngəl olan nə var? İnsanın təkrarlaması mümkün olmayan tək təcrübəsi ölümdür. 

 

Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"

Tərcümə: Ceylan Mumoğlu

18 dekabr 2016
GO BACK