Ənəs ibn Malik (r.a) rəvayət edir : “Peyğəmbər (s.ə.s),Əbu Bəkr (r.a ) və Ömər (r.a.) namaza “əlhəmdu lilləhi rabbi-l-aləmin” ayəsi ilə başlayardılar” (əl-Buxari, 743).
Başqa rəvayətdə Ənəs ibn Malik (r.a.) deyir : “Peyğəmbər (s.ə.s), Əbu Bəkr (r.a ) və Ömər (r.a.) və Osman(r.a.) ilə namaz qıldım, onlardan heç birinin “bismilləhi-r-rahməni-r-rahim” i səslə oxuduğunu eşitmədim ( Müslim, 888).
Ənəs ibn Malik (r.a.) deyir : “Peyğəmbər (s.ə.s), Əbu Bəkr (r.a ) və Ömər (r.a.) və Osman(r.a.) ilə namaz qıldım və onların hər birinin namaza “əlhəmdu lilləhi rabbi-l-aləmin” ayəsi ilə başlamasının şahidi oldum.Onlar “bismilləhi-r-rahməni-r-rahim”i mütaliənin nə əvvəlində, nə də sonunda oxumazdılar” ( Müslim, 890).