Qadin.NET / Quranla ünsiyyət (10)

Quranla ünsiyyət (10)

Quranla ünsiyyət (10)

Quranın nazil olması insan dərkinin fövqündədir.

"Qədr gecəsinin nə olduğunu sənə bildirən nədir? Qədr gecəsi min aydan xeyirlidir". ("Qədr", 2-3-cü ayələr)

İzah və bildirişlər:
- Quranda "Qədr" kəlməsinin mənaları: 1. Məqam və mənzilət (dərəcə), 2. Təqdir (müəyyənləşdirmək) və müqəddərat, 3. Darlıq və çətinlik.- Birinci iki məna Qədr gecəsi üçün münasibdir. Çünki Qədr gecəsi həm məqama malik bir gecədir, həm də müqəddərat və müəyyənləşdirmə gecəsidir. Varlığın hesab-kitabı, qədəri və ölçüsü vardır. Qədr gecəsinin məxfi olma əlamətinin səbəbi, ola bilsin ki, camaatın bir neçə gün ibadətə durmaları üçündür.

 

Həm də bir gecə keçirən qürurlanmasın, keçirə bilməyən isə digər gecələr qaldığına görə daha məyus olmasın.- Qədr gecəsi təkcə Quranın nazil olması və Peyğəmbərin dövrü ilə məhdudlaşmamışdır. Əksinə, hər Ramazanda Qədr gecəsi mövcuddur ki, sonrakı Qədr gecəsinədək gələn ilin məsələləri təyin edilir və müəyyənləşdirilir. Qədr gecəsində oyaq qalmaq, onu dua, namaz və Quran vasitəsilə diri tutmaq Peyğəmbər və onun Əhli-Beytinin göstərişidir.

 
Quranla ünsiyyət (10)

Üç gecə arasında 23-cü gecə daha çox təkid olunmuşdur.- Tarixin ən əcaib hadisələrindən biri həzrət Əlinin Qədr gecəsi, ibadət mehrabında, həm də namaz vaxtı zərbətlənməsidir. Bəli, Allahın şərəfli bəndəsi, şərəfli məkanda, şərəfli zamanda, şərəfli vəziyyətdə şəhid oldu."Nur" təfsirindən istifadə edilmişdir. 

F.A.

30 iyun 2016
GO BACK