Qadin.NET / Quranla ünsiyyət (8)

Quranla ünsiyyət (8)

Quranla ünsiyyət (8)

Yalvarış və Allahı xatırlama

“Şübhəsiz ki, biz səndən öncə də ümmətlərə (peyğəmbər) göndərmişik. Beləcə, (peyğəmbərlərə qarşı çıxdıqlarına görə) onları darlıq və sıxıntılara düçar etdik ki, bəlkə (Allaha) boyun əyərlər”. (“Ənam” surəsi, 42-ci ayə)

İzah və bildirişlər: 
– Cürbəcür nemətlərdən yararlanmaq və dünya ləzzətlərinə baş vurmaq bir çox insanın qürur və təkəbbürlü olmasına gətirib çıxarmış və onları Allahı xatırlamaqdan qafil etmişdir. Həqiqət budur ki, darlıq və sıxıntı zamanı insan öz acizliyini və bacarıqsızlığını boynuna alır, həmçinin aradan getməyən ilahi qüdrətdən yardım ummağı tələb edir. Buna görə də Allah bəzi bəndələri müsibətlərə düçar etmişdir ki, bu yolla onların özlərinə gəlmək üçün zəminə yaransın. Bu həqiqət bir çox Quran ayələrində öz əksini tapmışdır. Bu mətləbin əksi də düzgündür. Belə ki, bir çox bəndələrə bollu nemət verilir. Çünki onlar rifah əldə etdikdən sonra Allahı yad etməyi unudacaqlarını, tüğyan və zülmkarlığa əl atacaqlarını bilir.

– Allah qarşısında boyun əyməyin olduqca çoxlu təsir və faydaları vardır ki, onlardan biri duanın qəbul olunmasıdır. Çünki əgər qərar olsaydı ki, duanın faydası onun qəbul olunmasıdır, o zaman daha Allahın bəndələri sıxıntılara salıb, sonra onların dualarını qəbul etməsinə ehtiyac duyulmazdı. 

Quranla ünsiyyət (8)

– Sıxıntı və yoxsulluq zamanı insan Allahı xatırlamağa başlayır. Allah-taala insanların bu xüsusiyyətini dəfələrlə danlaq və məzəmmət olaraq səciyyələndirmişdir.

– Problemlər fitrətin oyanması üçün bir yol və Allaha diqqət üçün bir yoldur.

– Hər rifahlıq lütf deyil və hər əziyyət də qəhr deyil.

“Nur” təfsirindən istifadə olunmuşdur.
F.A.

1 iyul 2016
GO BACK