Qadin.NET / Orucun hökmləri (5)

Orucun hökmləri (5)

Orucun hökmləri (5)

Əgər insan doğru və yalan olduğunu bilmədiyi bir xəbəri danışmaq və bununla yanaşı həm də orucunun batil olmamasını istəsə, aşağıdakı yollardan birinə əməl etməlidir:

a. Vacib ehtiyata əsasən, həmin xəbəri eşitdiyi kəsdən nəql etsin:

b. Vacib ehtiyata əsasən, həmin xəbər yazılan kitabdan nəql etsin;

c. Əgər özü də xəbər versə, orucu batil olmur.

5. Qatı tozu boğaza çatdırmaq

Qatı tozu boğaza çatdırmağın hökmləri

a. Qatı tozu boğaza çatdırmaq orucu batil edir. İstər həmin toz un kimi yeyilməsi halal olan şeyin tozu olsun, istərsə də yeyilməsi haram olan bir şeyin tozu olsun. 

b. Oruc tutan kəs ağızda su halını alan qatı buxarı, habelə vacib ehtiyata əsasən, siqaret, tənbəki tüstüsü və bunun kimi şeyləri boğazına çatdırmasın. 

Orucun hökmləri (5)

c. Əgər oruc olduğunu unudarsa, diqqət etmədən, yaxud ixtiyarsız olaraq toz və onun kimi şeylər boğazına çatarsa, orucu batil olmur. Mümkün olduğu qədər onu (boğazına getdiyini) çıxarmalıdır.

6. Başı suya salmaq

Başı tamamilə suya batırmaq:

a. Qəsdən: Əgər oruc tutan kəs bütün başını suya salarsa, bədəni bayırda qalsa belə, vacib ehtiyata əsasən, həmin günün orucunun qəzasını tutmalıdır. Ancaq bütün bədəni suda olarsa və başından bir miqdar hissəsi çöldə olarsa, orucu batil olmur.

b. Səhvən: Əgər oruc tutan kəs ixtiyarsız olaraq suya düşərsə və bütün başı suya girərsə, ya da oruc olduğunu unudaraq başını suyun dibinə salarsa, orucu batil olmur.

(Seyid Sistaniyə görə, başın hər yerini bütünlüklə suya salmaq orucu batil etmir, lakin şiddətli kərahəti var)

Hazırladı: Fərid Abdullah.

28 iyun 2016
GO BACK