Qadin.NET / Həzrət Xədicə (1)

Həzrət Xədicə (1)

 

Həzrət Xədicə (1)

 

Həzrət Xədicə (1) 

Xanım Xədicə, Ümmül-möminin (möminlərin anası), Peyğəmbərin birinci həyat yoldaşı və xanım Fatimə Zəhranın anasıdır.
Həzrət Xədicə besətdən (yəni Peyğəmbərə peyğəmbərlik verilməmişdən) öncə həzrət Məhəmmədlə evlənmişdir. O, Peyğəmbərə iman gətirən birinci qadın olmuşdur.
O, Xüveylid ibn Əbdüluzza ibn Quseyy ibn Kilabın qızı olmuşdur. Quseyy Peyğəmbərin 4-cü babasıdır.
Buna görə də Xədicə bir neçə vasitə ilə Peyğəmbərlə qohum idi və ailələr arasında bir-birinə bağlılıq var idi.
Bu səbəbdən həzrət Xədicənin nəsəbi İsmail və İbrahim peyğəmbərlərə çatır ki, Allah Rəsulunun 28 və 29-cu babalarıdır.

Peyğəmbərlə evlənməmişdən öncə həzrət Xədicə ailəli olubmu?

Həzrət Məhəmmədlə ailə həyatı qurmamışdan öncə xanım Xədicənin ailəli olub-olmaması arasında fikir ayrılığı olmuşdur. Əhli sünnənin bir çox tarix mənbələri həzrət Xədicənin öncələr bir neçə dəfə ailə həyatı qurduğunu, hətta onun ərlərinin və övladlarının adlarını da qeyd etmişlər. 

 

Həzrət Xədicə (1)

 

Bütün bunlarla yanaşı bəzi məşhur alimlər vardır ki, onlar həzrət Xədicənin Peyğəmbərdən öncə heç kəslə ailə həyatı qurmadığı qənaətindədirlər. İbn Şəhraşub Seyid Mürtəzanın “Şafi”dəki, Şeyx Tusinin “ət-Təlxis”dəki sözünə istinad edərək qeyd etmişdir ki, həzrət Xədicə Peyğəmbərlə ailə həyatı quran günə qədər heç vaxt ərdə olmamışdı. Həmçinin yuxarıdakı araşdırmalar belə bir həqiqət ortaya çıxarıb ki, həzrət Xədicəyə aid edilən iki övlad, əslində onun öz övladları olmamışdır. Əksinə, bacısı uşaqları olmuşlar. Bu araşdırmalara əsasən, həzrət Xədicə bacısı Halənin əri öldükdən sonra ona sahib çıxmış və iki balasını da öhdəsinə götürmüşdü. Sonra bacısı dünyasını dəyişdi. Bacısı uşaqları Xədicə xanımın himayəsinə idi. Ərəb “rəbiə”ni (yəni həyat yoldaşının uşaqlarını) övlad kimi qəbul etdiyinə görə, o uşaqlar da Peyğəmbərin övladları hesab edilmişlər. Mənbə: “Əs-Səhih min sirətin-Nəbiyyil-Ə`zəm”, c.2, s.125)
17 iyun 2016
GO BACK