Bizə sahib olduğumuz potensialları bəxş edən Allahdı; zəkamız, fiziki gücümüz, qabiliyyətlərimiz, bir işi yerinə yetirmə bacarığımız; hər şey bizə Allahdan bir nemət və əmanət olaraq verildi. Bunları əldə etdikdən sonra bütün ponetsiallarımızı ortaya qoymalıyıq, bunu etməmək bunlara qarşı çox böyük xəyanət və nankorluq olardı. Əgər bir şeyi öyrənəcəksizsə, bəsit olanı ilə yetinməyin, ən yaxşısı olmağa çalışın.
-Nouman Ali Khan
Düşdüyün vəziyyətlərdən asılı olmayaraq, Tanrı səni öz məqsədləri üçün istifadə edəcək. Ola bilsin, bu məqsədlərin nə olduğunu anlamaq üçün illər lazım olacaq. Bəzi hallarda, ola bilər ki, sən Onun niyyətini tam olaraq anlamayasan, yaxud da Tanrının niyə bəzi şeylərin baş verməsinə şərait yaratdığı da sənin üçün qaranlıq qalacaq. Buna görə də Tanrıya inan, onun səninlə olduğuna inan və bil ki, pis şeylər baş versə belə, bu, Tanrının səni sevdiyi faktını dəyişmir.
Nik Vuyiçiç - "Hüdudsuz"
Özünü elm əhli kimi tanıdan saxtakarlardan daha böyük faciə yoxdur. Bunlar bilmədikləri halda bildiklərini, pozduqları halda düzəltdiklərini zənn edərlər.
-İbn Hazm
Bütpərəstliyi meydana gətirən büt deyildir. Bütü bizlər düzəldirik.
-Dr. Əli Şəriəti
"(Pis) vərdiş ən böyük bütdür."
-Caner Taslaman
Allah Rəsulu Həzrəti Muhəmməd:
Sevinin! Həqiqətən, bu Quranın bir tərəfi Allahın əlində, digər tərəfi isə, sizin əlinizdədir. Ondan möhkəm yapışın və həqiqətən, siz həlak olmazsınız və ondan sonra heç vaxt azmazsınız.
(Sahih əl-Cəmi, 34)
Onun (Tanrının) sadece varolduğunu idrak edebiliriz fakat Onun mahiyetini idrak edemeyiz... O zaman, Onu idrak etmeye yeltenen aklımızın hali ne olmalıdır acaba? O Tanrı ki, maddesizdir, azami derecede basittir, varolması zorunludur, nedeni yoktur ve zatına eklenmiş hiçbir mana yoktur, kemal sahibdir - ki onun kemalinin anlamı, berraklaşdırdığımız üzere, Onun hakkında bütün kusurların nefyedilmesidir - biz ise sadece Onun varolduğunu idrak ederiz. Öyleyse, mevcud olan bir şey vardır ki varettiği hiçbir mevcud şeye benzememekdedir.
-Din felsefesi seçme metinler,
Musa b. Meymun; Menfi teoloji, səhifə: 188-189
Cəhalət qorxuya, qorxu nifrətə, nifrət də şiddətə aparar.
-İbn Rüşd
Quranı "anlayıb yaşamaq" ibadət olduğu halda, "anlamadan oxumaq" ibadət halına gəldi.
-Mehmet Okuyan
Düşüncələrimizi kölələşdirdilər, qəlbimizə möhür vurdular, iradəmizi əsir aldılar və bizi kənardan özgür görünən bir kölə kimi yetişdirdilər. Elmin, sosiologiyanın, mədəniyyətin, cəmiyyətin gücündən istifadə edərək cinsəl özgürlük, tükətmə özgürlüyü və dünya malına sitayiş etmə sərbəstliyi adıyla bizi içdən tükətdilər.
-Əli Şəriəti