"Və kim yaxşı əməl sahibi olduğu halda özünü Allaha təslim edərsə, şübhəsiz ki, möhkəm bir dəstəkdən yapışmış olur. Bütün işlərin aqibəti Allaha tərəfdir". (İnsanın əməlləri mükafat və cəza baxımından Allahın dərgahına qayıdır)
Ayənin mesajları:
1. Allaha təslim olmaq ixtiyari bir məsələdir. Onun ikrah və məcburiyyəti yoxdur. "Kim özünü təslim edərsə".
2. Allaha təslim olmaq əməllə yanaşı olmalıdır. "Yaxşı əməl sahibi olduğu halada".
3. Təkcə yaxşı əməl sahibi olmaq kifayət deyil. Əməldə ixlasın da olması lazımdır. "Özünü təslim etsə... Yaxşı əməl sahibi olduğu halda".
4. Mənəviyyatı təmsil (formalaşdırmaq) və təşbeh (bənzətmə) ilə hiss olunanlar və maddiyyata bəyan edirik (Xalis əməl möhkəm bir dəstəyə bənzədilmişdir). "Urvətül-vusqa".
5. Gələcək barədə məad (qayıdış yeri) və təfəkkürə diqqət etməklə öz yolumuzu seçirik. "Bütün işlərin nəticəsi Allahadır".
6. Yaradılış, hamılıqla bir istiqamətə, bir hədəfə tərəf yönəlməkdədir.
Mənbə: "Nur" təfsiri, c.7, s.274-275; "Loğman" surəsi, 22-ci ayə.
Hazırladı: Fərid Abdullah