Qadin.NET / Allahın yetirdiklərinə şükür edək

Allahın yetirdiklərinə şükür edək

 

Allahın yetirdiklərinə şükür edək

 

Bəlkə də sizlərə adi gələcək amma mən həmişə ALLAHın bizi çox sevdiyinin dəfələrlə şahidi olmuşam. Yəni buna dəlil olaraq gözəl kitabımız QURANİ-KƏRİMDƏ gözəllər gözəli Rəhman olan Rəbbimiz buyurub “sizə şah damarınızdan daha yaxınam”. Allahıma şükr edirəm ki, məni müsəlman yaradıb. Həyatımda olan nemətlər isə sonsuzdur. Nə qədər saysam  da azsır. Məsələn: Allahın məni hidayət etməsi, əsl müsəlman xanımı olmaq üçün ona dua etdikdə mənə örtümü (hicabı) nəsib etməsi, ailə qurduğum insanı, yəni xoşbəxt bir ailəni nəsib etməsi, ən böyük nemətlərdən biri olan yetirdiyi övladı.  Bəzən düşünürəm nə qədər şükr etsəm azdır.

Həmişə ən böyük istəklərimdən biri olub uşaq evlərinə getmək, ordakı uşaqlarla Allah rızası üçün yaxınlıq etmək, onların problemlərini dinləmək, onlara ən azından mənəvi dəstək olmaq. Əlhəmdulillah Allahım onu da yetirdi mənə. Biz yoldaşımla bərabər adını çəkməyəcəm bir uşaq evinə gedirik. O uşaq evi mənim həyatımda cox dəyişikliklər edib. Hətta inanmayacaqsınız bizim yoldaşımla yaxından bir-birimizi tanımağımız da, toyumuz da onların əhatəsində olub.

Biz yoldaşımla onun təhsili ilə əlaqəli olaraq Azərbaycandan 2 illik (bəlkədə daha cox) başqa bir ölkəyə getməliyik. Mənə valideynlərimdən, bacılarımdan, rəfiqələrimdən ayrılmaq o qədər də ağır gəlmir, nəinki bizim getdiyimiz o uşaq evindən (deyərdim ki, ailəmin bir parçasından), o uşaqlardan. Mən düşünəndə ki, o uşaqlardan bir müddət də olsa ayrı qalacam az qalsın dəli olam. Amma bilirəm ki, bunda da Rəbbimin bir hikməti var. Bilirəm ki, bu da bir imtahandı. Hələ o uşaqların sualları niyə gedirsiniz? biz sizsiz neynəyəcəyik? Məni daha da kövrəldir.  

Allah bütün mömin və müsəlmanları tək buraxmasın, kömək olsun və bizləri ONA layiqli qullarından etsin. Amin.

Sizlərdən də dua etməyinizi istərdim İNŞALLAH.

 

25 iyun 2011
GO BACK