Qadin.NET / Ramazan ayında Allah qonaqlığına gedək!

Ramazan ayında Allah qonaqlığına gedək!

Ramazan ayında Allah qonaqlığına gedək!
Ramazan ayında Allah qonaqlığına gedək!
"Ramazan ayıdır (o ay) ki, Quran onda nazil edilmişdir. (Elə bir kitab ki,) insanlara doğru yol göstən, hidayətin aşkar dəlilləri və (haqqı batildən) ayırandır. Elə isə ona şahid olan onu (həmin ayı) oruc tutmalıdır". (Bəqərə, 185)
İzah və bildirişlər
Əllamə Təbətəbai "əl-Mizan" təfsirində deyir: "Ramazan ayıdır ki, doğru yol göstərəndir". Ramazan ayı qəməri və ərəb ilinin aylarından doqquzuncusudur ki, şəban və şəvval arasında olur. Ramazan orucunun vacibliyi ilə Quranın bu ayda nazil olması arasında əlaqə və bağlılıq vardır. 
Ramazan ayında Allah qonaqlığına gedək!
"Ramazan" "Ш±Щ…Ш¶" maddəsindəndir və yandırmaq mənasındadır. Ramazan ayında insanın günahları yandırılmış olur. 
Ramazan ayı Quranın nazil olma ayıdır, bu ayda bir ayəni tilavət etmək başqa aylarda bütün Quranı tilavət etmək kimidir. Həmçinin Allahın ən üstün ayıdır. 
Sahibi Allahdlr və qonaqları şəxsən dəvət etmişdir. Onun əvvəli rəhmət, ortası məğfirət, axırı mükafatdır.
Mənbə: Təbətəbai, "əl-Mizan", cild2, səh18; "Nur" təfsiri, cild1, səh288 Bəqərə surəsi, 185
İmam Zeynəlabidindən hədis nəql edilmişdir ki, məzmunu belədir: Dörd şey vardır ki, kimdə olsa müsəlmanlığı kamil, günahları pak olar və Rəbbi ilə elə bir halda görüşər ki, ondan məmnun qalmışdır: 
1. Camaatla olan əhdinə vəfa etsin;
2. Camaatla dilini doğru-düzgün etsin;
3. Allahın və camaatın yanında pis sayılan işlərdən çəkinsin (həya etsin).
4. Ailəsilə xoş rəftar etsin.
Hazırladı: Fərid Abdullah
11 iyun 2016
GO BACK