Namaz; ibadət və qulluğun təyin və təsbit olunmuş ən mükəmməl şəkli…
Namaz; bitməz tükənməz nemətlər və lütfkarlıqlarına qarşı Allah Təalaya təşəkkürlərimizi ərz edişimiz…
Namaz; günahlardan təmizləyən, pisliklərdən saxlayan, ruhumuzu təmizləyib, ürəyimizi işıqlandıran ən gözəl ibadətimiz…
Namaz; qızğın səhra günəş altında sərin bir ağac kölgəsi.
Namaz; kədərli və yorğun könüllərin, şəfqətli bir əl tərəfindən oxşanışıdır.
Bunun üçün Əfəndimiz (s.ə.v) bir şeyə kədərləndiklərində, çətinliklərlə qarşılaşdığında, Müsəlmanların başına bir müsibət gəldiyində, işinin çox olduğu zamanlarda, könlünü ilahi qüvvənin dərinliklərinə buraxmaq üçün Hz. Bilala (r.ə): "Erihna ya Bilal" Bizi rahatlaşdır ey Bilal" deyərdi.
Əfəndimiz (s.ə.v) bu kimi anlarında namaz qılmağı çoxaldaraq Rəbbiylə görüşməsini çoxaldardı. Namaza yapışar, Rəbbinə açılardı.
Nəhayət əbədi həyatdakı qurtuluşumuz qədər, dünya dincliyi və rahatlığı üçün də namaz tapılmaz bir nemət.
Çətin və könlümüzün daraldığı zamanlarda, etməmiz lazım olan beş vaxt namazlarımızın xaricində bizlər də Peyğəmbər Əfəndimiz kimi namazlarımızı çoxaltmalıyıq.
Çünki namaz hər an hazır olan bir köməkçi və ürəyi bəsləyən bir azuqə kimidir.
Səbr edərək və namaz qılaraq (Allahdan) kömək diləyin. Şübhəsiz namaz, Allaha dərindən hörmət edənlərdən başqasına ağır gəlir. (BƏQƏRƏ - 45)
Fani və məhdud olan gücümüzün tükəndiyi anlarda, bəşəri güclər qarşısında qorxduğumuz zamanlarda namazla kömək diləməmiz lazım olduğunu öyrədir biz qullarına.
Dincliyi, etibarı yenidən əldə etmək üçün möhkəm bir dayaqdır çünki NAMAZ.
Kədər və çətinliklər qarşısında boğulur hissinə qapıldığımız zamanlarda namaza qalxaraq ALLAHa yönəlməyi bir sınayaq.
ALLAHın icazəsiylə içimizin rahatlığını, ürəyimizin daha bir dinclik tapdığını görərik.