Qadin.NET / Dua etmək nə deməkdir?

Dua etmək nə deməkdir?

Dua etmək nə deməkdir?
Dua etmək nə deməkdir?

Dua -insanın Allaha üz tutması ,öz acizliyini,dərdini söyləyərək, ondan yardım diləməsidir.İnsan ancaq Allaha dua edər,Allahdan basqa bir varlığa dua edilməz.Allah-Təala  buyurur ki,sizin  günahlarınız yer ilə göyün arasını dolduracaq qeder olsa bel,Allahın  mərhəmətindən ümidinizi  kəsməyin.Çünki onun  mərhəməti sonsuzdu.Allah səmimi şəkildə  tövbə edənlərin günahlarını  bağışlayar.İnsan gərək hər  zaman Allahını düşünsün, ürəyində  onunla söhbet eləsin,hər  dərdini,ağrısını ona  söyləsin.Əslində insan ömrünün hər məqamı  üçün dua var.Səhər  gözunu  açıb yuxudan ayıldınmı, elə ürəyindəcə:"Allahım mənim bu günümə  xeyirli işlər yaz,məni  xətadan,bəladan qoru!"-deyə dua  edirsen.Bir işə başlayırsanmı,"Bismillah" deyirsen."Bismillah"  "Allahın  adı ilə"  deməkdir,yəni sən Allahın adını  çağıraraq işə başlatırsan.Bu çox  gözəl duadır.Birinə salam verirsen: Salam-eleyküm.Bu da duadır,yəni Allah səni  qorusun,xetadan, bəladan uzaq tutsun.Səhər  evdən çıxırsan,yenə "Bismillah" deyirsen  və ürəyində dua edirsən:"Allahım,  axşam xeyirli-uğurlu halda evə qayıtmağı  mənə qismət elə".Ürəyin istədiyin kimi dua edə  bilərsən,amma gərək  duan səmimi olsun.Bəli,gənc dost,dua  ibadətdir.Allah-Təalə  onu çağırıb yardım diləyən bəndəsini cavabsız qoymaz

Dua etmək nə deməkdir?

ALLAH dualarınızı qəbul eləsin.Amin!

26 iyun 2011
GO BACK