Qadin.NET / Dini mövzularda özünü aldatmağın 40 yolu-21

Dini mövzularda özünü aldatmağın 40 yolu-21

Dini mövzularda özünü aldatmağın 40 yolu-21

Əvvəlcə gələcəyimi zəmanət altına almalıyam.

Şeytanın insanları aldatma və müxtəlif vəsvəsələrlə yanıltma, bəhanələrə sürükləmək yollarından biri də gələcəyə bağlı sahib olduqları narahatlıq və qayğılarıdır. Belə qayğılara hələ ana bətnindəki körpəyə ixtisas seçməklə başlayarıq. Seçilən bu ixtisaslar isə nə hikmətdənsə çox pul qazanıb rahatlıq gətirə biləcəyi ixtisaslar olur. Ailələr bəlkə qismən özlərinə görə haqlı səbəblərlə kiçik yaşlardan etibarən uşaqlarını hazırlamağa başlayırlar: "Gələcəkdə çox böyük insan ol", "Yaxşı peşə sahibi ol", "Özünü və gələcəyini zəmanət altına al" kimi müxtəlif nəsihətlərə mübtəla olmaq qaçınılmaz vəziyyətə gəlir. Hələ kiçik yaşlardan etibarən bu gələcək qayğı və narahatlıqla böyüyən uşaqların bütün hədəfləri gələcəyini zəmanət altına almağa yönəlir. Həm də gələcəyi belə zəmanəti qeyri-müəyyən olan gələcəyi. İnsan fərqində deyil, ancaq bu qayğılar da şeytanın insanlara qurduğu tələlərdən biridir. Quran ayələri bu mövzuda insanlara xəbərdarlıq edərək bildirir: 

Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir. (Bəqərə surəsi, 268-ci ayə) 

Dini mövzularda özünü aldatmağın 40 yolu-21

Daimi olaraq gələcək qayğısı ilə şəkillənmiş zehinlər öz gələcəyini zəmanət altına alarkən bu dəfə də oğul-uşağının gələcəyini düşünməyə başlayar. "Əvvəlcə övladlarımın həyatını zəmanət altına almalıyam, onları ən yaxşı məktəblərdə oxutmalıyam" kimi öz daxilində xoş niyyətli düşüncələr həyatın ən mərkəzinə qoyulur və ömürlər yalnız bu ideallar uğrunda tükədilir. Halbuki fərdin həqiqi mənada ən böyük qayğısı dünya deyil, axirət qayğısı olmalıdır. Çünki üç günlük müvəqqəti dünya həyatında qayğılanmasına səbəb olacaq başqa dəyərli bir şey yoxdur. Allah yaratdığı hər canlını ruzisi ilə yaradır. Öz ruzisini təmin etməyə gücü yetməyən neçə aciz canlı vardır ki, Allah bir başqa canlını vəsilə edərək ona da ruzi verər.  

Dini mövzularda özünü aldatmağın 40 yolu-21

Neçə-neçə canlılar vardır ki, ruzisini (öz yanında) daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. (Ənkəbut surəsi, 29-cu ayə)

İnsan gələcəyi belə şübhəli olan gələcəyini, əldə etdiyi dünyəvi nemətlərlə zəmanət altına alacağını hesab edərək aldanır. 

Sahib olduğu, ya da olacağı şeylərin sonsuza qədər yanında qalacağını zənn edir. Halbuki Quran əsas yatrımın nəyə edilməsi məsələsində insanları xəbərdar edir:

Sizdə olan nemətlər tükənəcək, Allahın dərgahında olan nemətlər isə daim qalacaqdır. Səbrli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Nəhl surəsi, 96-cı ayə)

Bununla yanaşı dünya nemətini istəyib bütün ömrünü onlara sərf edənlərə dünya nemətlərinin tam olaraq veriləcəyi, amma bu insanların axirətdə nəsiblərinin olmayacağı da ifadə edilir: 

Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər. Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar. (Hud surəsi, 15, 16-cı ayələr) 

Dini mövzularda özünü aldatmağın 40 yolu-21

İnsanın gərəksiz dünyəvi narahatlıqlarından sıyrılması, bir gün öləcəyi həqiqətini unutmaması, müvəqqəti olana deyil, sonsuz olana yatırım etməsi, qısacası daldığı dərin yuxudan bir an əvvəl oyanaraq Rəbbinin çağırışına qulaq verməsi lazımdır. İnsan öz aləmində gələcəyini zəmanət altına aldığını zənn etsə də, nəfəs aldığı hər anı ilə Allaha möhtac olduğunu bilməlidir.

Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz (günahlarınızı )inkar edə bilməyəcəksiniz. (Şura surəsi, 47-ci ayə)

Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"

Tərcümə: Ceylan Mumoğlu

22 aprel 2016
GO BACK