Qadin.NET / Dini mövzularda özünü aldatmağın 40 yolu-19

Dini mövzularda özünü aldatmağın 40 yolu-19

Dini mövzularda özünü aldatmağın 40 yolu-19

Əlhəmdulilləh, biz də Müsəlmanıq. 

Xalq arasında ən çox təkrarlanan cümlələrdən biri də budur. Təəssüflər olsun ki, adətən uyğunsuz davranışlar qarşısında xəbərdarlıq etdiyiniz insanlardan bu fikirləri eşidərsiniz. Məsələn, "Qardaşım, bu etdiyin dini baxımdan təhlükəli deyilmi?" dediyinizdə, "Əvvəlcə çörək dərdinə düşəcəksən", "İş ibadətdən əvvəl gəlir", "Hazırda işin var, axşam evə getdiyində namazını qılarsan" cümlələrini söyləyən kəslər "amma" ilə başlayan bir cümlə belə qurmağınıza imkan vermədən o dəqiqə müdafiə tədbirlərini alırlar: "Nəticədə biz də müsəlmanıq". Halbuki hamımızın müsəlman olması fərdin doğrularını haqlı çıxarmaz. Müsəlman olmaq onu kimlik olaraq daşımaqla deyil, lazım olanları yerinə yetirməklə qazanılacaq bir sifətdir. Təkbaşına inanmaq yetərli deyil. İnancın öhdəliklərini yerinə yetirmək lazımdır. 

"İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?" (Ənkəbut surəsi, 29-cu ayə) 

Dini mövzularda özünü aldatmağın 40 yolu-19

İnsanları Müsəlmanlığın gərəyi olan şeylərdən saxlayaraq Müsəlman olunmaz. Bu kimi şeylər ikiüzlülərə xas olan şeylərdir. Şübhəsiz ki, kimsənin əlində bir başqasının imanını ölçəcək alət yoxdur. "Mən Müsəlmanam deyənə", "Xeyr, sən Müsəlman deyilsən" deyəcək vəziyyətimiz də yoxdur. Ancaq əgər birisi bu iddia ilə ortaya çıxırsa, o zaman bütün həyatı ilə Müsəlmana yaraşan əməllər sərgiləməlidir. Bəzi insanlar hər kəsdən daha çox Müsəlmanlığa sahib çıxıb dini ən doğru şəkildə anlayıb yaşadığını sanır və bunu sözlərində ifadə edir. Halbuki həyatları Quranda yazılan Müsəlmanlıqla uyğun gəlmir. Böyük ölçüdə öz arzuları və öz niyyətləri nisbətində formalaşan bir dindir. "Hamımız Müsəlmanıq" deməklə əsil söylənmək istənən "Biz də bilirik nəyin nə olduğunu", "Bir sən deyilsən Müsəlman olan" fikirləridir. 

Amma fərqində deyildir insan. Əhəmiyyətli olan sadəcə bilmək deyil, lazım olanı etməkdir. 

Müsəlmanlıq deyincə çox zaman əksər insanların ağlına namaz, oruc, həcc, zəkat, içki, donuz əti kimi nümunələr gəlir. Halbuki bütün bunlarla birlikdə mümkün olduğu qədər səbrli olmaq, daima şükür etmək, yetim-yesirin haqqını qorumaq, gözəl xasiyyətli və təmiz olmaq, oğurluqdan, ölçü və tərəzidə hiylə işlətməkdən uzaq olmaq, öz yaxınları əleyhinə də olsa şahidlikdən qaçınmamaq kimi şeylər insanların ağlına gəlməz. Pis şərtlərlə fəhlə işlətməmək, insanların iş haqlarını və zəhmətlərinin qarşılığını tam olaraq vermək, bazar qaydalarını, şirkətlər arası rəqabətləri bəhanə etməmək, iş sahibindən əvvəl Müsəlman olduğumuzu və şirkətin daha çox kar etməsi üçün insanların haqlarını göz ardı etməməyimizi unutmamalıyıq. 

 Dini mövzularda özünü aldatmağın 40 yolu-19

Özünü Müsəlman olaraq tanıyan insanın ən azından "Mən Allaha təslim olmuş bir qulam" dediyinin fərqində olmalıdır. Bütün əməl və sözlərində bu həqiqətə dayanaraq hərəkət etməlidir. Hətta həyat içində rastlaşdığı hadisələrlə üz-üzə gəldiyi zaman daha həssas olmalı və müsəlman olaraq dini öhdəlikləri hər şeyin önünə keçirməlidir. Bu isə hər işində, hər söz və davranışında bu şərəfli ünvana layiq bir rəftar sərgiləməklə mümkün ola bilər. Necə ki, hər işin və məsləyin layiqincə yerinə yetirilə bilməsi üçün o vəzifənin öhdəliklərini də yerinə yetirmək gərəkir, eləcə də həqiqi mənada Müsəlman ola bilmək üçün dini vəzifələrin lazımınca yerinə yetirilməsi və bunun bir həyat tərzi olaraq mənimsənilməsi vacibdir.

Dini mövzularda özünü aldatmağın 40 yolu-19

İnsanların bəhanələri isə heç bitməz. Şübhəsiz insanıq, hamımız xətalar edərik, amma bu da var ki, əgər xətamız varsa, Müsəlman olmağımızı qalxan edə bilmərik. Əksinə özümüzü aldatmaqdan vaz keçməli, olan-olmaz bəhanələrin arxasında gizlənməməli və xətamızı qəbul edərək nümunəvi bir möminə yaraşan şəkildə davranmalıyıq. Məhz o zaman könül rahatlığı ilə "Əlhəmdulilləh, biz də Müsəlmanıq", deyə bilərik. 

Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"

 

Tərcümə: Ceylan Mumoğlu

9 aprel 2016
GO BACK