İdman
Peyğəmbər (s.ə.v): "Güclü mömin Allah yanında zəif mömindən daha xeyirli və sevimlidir". "Möminin ən yaxşı əyləncəsi üzgüçülükdür". "Allah yanında ən gözəl əyləncə at sürmək və ox atmaqdır".
İmam Sadiq (ə): "Yüksək əhval-ruhiyyə on şeylədir: piyada gəzmək, süvarilik etmək, üzgüçülük və s." ."Peyğəmbər süvarilərin arasında müsabiqə təşkil edir və müsabiqə qurtardıqdan sonra birinci yerə çıxanlar öz hədiyyələrini o həzrətdən alardılar". "Peyğəmbəri-Əkrəm bir gecə Fatimənin evinə gəldi, Həsənlə Hüseyn də onunla birlikdə idi. Peyğəmbər onlara buyurdu ki, ayağa qalxıb güləşin. Onlar da ayağa qalxıb bir-birləri ilə güləşdilər". "Həqiqətən, mələklər (qumar üçan) şərt qoymaqdan bizardırlar və qumar oynayanı lənət edirlər. Amma at və dəvə süvariliyi, ox atmaq və qılınc oynatmaq bunlardan istisna olunur. Belə ki, Peyğəmbəri-Əkrəm at minməkdə Üsamə ibni Zeydlə müsabiqə keçirmişdir".
İmam Əli (ə): "Hər kəs işləsə, qüdrəti artar, hər kəs işdən əl çəksə, zəifliyi artar". "Allah dırgahında ərz edərək deyir: Pərvərdigara! Mənim bədınimi və bədən üzvlərimi Sənə xidmət etmək yolunda güclü et, əsəb sistemimi və fikirlərimi əzm və iradə ilə gücləndir". "Sənin bədənin sənin süvarilik etmək üçün miniyindir, əgər onu tutumundan və taqətindən artıq yükləsən, onu öldürərsən, əgər onunla müdara edib, keçinsən, həmişə qalacaqdır".