Misvak (Diş fırçası)
İmam Baqir (ə): "Əgər insanlar misvakda olan faydaları bilsəydilər, heç vaxt misvakı özlərindən ayırmazdılar".
Peyğəmbər ( s.ə.s): "Cəbrail mənə misvak vurmağı o qədər tövsiyyə etdi ki, (çoxlu misvak vurmaq nəticəsində) dişlərimin yeyilib aradan gedəcəyindən qorxdum". "Dişlərinizin arasını təmizləyin, çünki mələklərin nəzərində ən pis şey budur ki, bəndənin dişlərinin arasında yemək qalığı görsünlər".
İmam Sadiq (ə): "Misvak vurmaqda on iki xislət vardır: Peyğəmbər sünnəsidir, ağızı pak-pakizə edir, gözün nurunu artırır, Allahın razılığına səbəb olur, dişləri ağardır, onların çürüməsinin qarşısını alır, dişin diblərini möhkəmlədir, iştaha gətirir, bəlğəmi aradan aparır, zehni gücləndirir, savabları ikiqat artırır, mələklərin xoşhal olmasına səbəb olur". "Hökmən misvak vurun; çünki dişləri fırça ilə yaxşı yumaq dişin diblərini möhkəmlədir, ağızı ətirli edir, mədəni qaydaya salır, behiştin dərəcələrini artırır, Allahı razı salır və şeytanı qəzəbləndirir". "Dilinizi ağzınızın içində dolandırın, dilinizin üstünə çıxan hər şeyi udun və dişlərinizin dibini təmizlədiyiniz zaman hər nə çıxartdınızsa, çölə tökün". "Misvak vurduğunuz zaman dişlərinizi eninə təmizləyin". "Misvak vurulmuş şəxsin qıldığı iki rəkət namaz Allah dərgahında misvaksız vurulan yetmiş rəkət namazdan üstündür".
İmam Əli (ə): "Misvak vurmaq Allahın razılıq səbəbi, Peyğəmbər sünnəsinin icrası və ağızın təmiz və ətirli olma vasitəsidir".
İmam Rza: "Dişləri fırça ilə yumaq gözün nurunu artırır, tükləri bitirir, gözün suyunun axmasını aradan qaldırır".