Ətir
İmam Əli (ə): "Ətir,bal,süvarilik və yaşıllığa baxmaq şadlıq gətirir".
Peyğəmbər ( s.ə.s ): "Ətir iyləmək qəlbi gücləndirir". "Allah bəndəlırinin ən yaxşısı o kəslərdir ki, əhdə vəfa etsinlər və ətirdən istifadə etsinlər". "Özünü ətirləyən elə bir şəxs yoxdur ki, əqli artmamış olsun". "Üç şey hər bir müsəlmana lazımdır: cümə qüslü, dişləri fırça ilə yumaq və ətirdən istifadə etmək". "Beş şey peyğəmbərlərin sünnəsindəndir: Həya, helm, həcamət, misvak və ətirlənmək".
İmam Kazım (ə): "Kişi üçün layiqdir ki, hər gün ətirdən istifadə etsin, hər gün bacara bilməzsə, arada bir gün ətir vursun, əgər buna da qadir olmazsa, cümə günləri ətir vurmağı tərk etməsin".
İmam Sadiq (ə): "Ətir vurmuş şəxsin namazı ətirsiz qılınan yetmiş namazdan üstündür". "Bir qadın Peyğəmbərin yanına gəlib dedi ki, Ya Rəsuləllah! Kişinin arvad üzərində olan haqqı nədir? Peyğəmbər cavab vermiş ki, haqlarından biri budur ki, özünü onun üçün ətirləsin və ən gözəl ətirlərdən istifadə etsin".
İmam Baqir (ə): " Qadın üçün caiz deyildir ki,e vindən çıxdığı zaman ətirlənsin".