Qadin.NET / Dini mövzularda özünü aldatmağın 40 yolu-18

Dini mövzularda özünü aldatmağın 40 yolu-18

Bu qədər həssas olma, incə düşünmə.

Quranda təsvir olunan nümunə bir inanclı olmağa çalışdığınızda ən mömin davranış sərgiləyən insanlardan belə reaksiya ala bilirsiniz. "Qardaşım, bu qədər incə düşünmə", "Bu qədər həssas olma" şəklində sözlərə rast gələ bilirsiniz. İnsanların incə düşünmək, ya da həssas olmaq şəklində qiymətləndirdiyi şeylər isə haqq, hüquq, ədalət kimi ən təbii məsələlər də  təəssüf ki, ola bilər. Bununla yanaşı, məsələn, hər hansı bir ibadətinizi yerinə yetirmək üçün göstərəcəyiniz həssasiyyət də çox gələ bilir insanlara. Namazınızı qaçırmamaq üçün girmək istəmədiyiniz bir kinoteatr seansı, yaxud avtobus və təyyarə uçuşu saatlarını dəyişdirməniz, içki satışı edilən yerdən alış-veriş etməməyi, donuz əti servisi edən bir restoranda yemək yeməmək bir anda sizi insanların gözündə "aşırı dindar" edə bilər. Yaxud da kimsənin haqqına girməmək üçün tıxaclarda, marketlərdə və ya hər hansı bir yerdə növbənizi gözləmək bəzilərinin gözündə sizi işbilməz, səfeh edər. 

Dini mövzularda özünü aldatmağın 40 yolu-18

"Bu zamanda" deyə başlayan cümlələr vardır ki, heç bitmək bilməz. "İşini biləcəksən", "Ağıllı olacaqsan", "Fürsətləri dəyərləndirəcəksən", "Dünyanı sən qurtaracaqsan?" kimi saysız sloqanlaşmış qəlib cümlələrlə əslində bəzi insanlar sizin müasir dövrə ayaq uydura bilmədiyinizi bildirərlər. Bunları eşitdiyinizdə "Ayıqlıq budursa, mən yuxuda qalmağı üstün tutaram", deməyiniz gələr. 

Çox insan fərqində deyildir, amma insanların gördüyü hər bir iş qeyd olunur. Və zərrə ağırlığında hətta ondan daha kiçik olan hər şey Hesab günü insanın qarşısına gətirilir. 

"Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın". (Yunus surəsi, 61-ci ayə)

Dini mövzularda özünü aldatmağın 40 yolu-18
İnsanlar bu məsələdə də özlərini aldadırlar. "Aman, bu qədərdən nə olacaq?" şəklində cümlələr həbs edər insanları. Halbuki aza alınan xətalar çoxalaraq zamanla insanın boyunu aşar. Şeytanın tələsinə düşərək açdığınız kiçik bir günah qapısı bütün şeytanları çağırar. Bir də görərsiniz ki, kiçik dediyiniz qapı aralığı asanlıqla sonuna qədər açılmışdır. Nəticədə günahlarınızla baş-başa qalırsınız. Allahın rizasını və öz mənfəəətini düşünən kəs böyük-kiçik demədən xəta və günahlardan qorunmaq üçün diqqət göstərməlidir. Çünki şeytan detallarda gizlidir və detalları əhəmiyyətsiz görərək qəflətə düşmək olmaz. Bununla yanaşı hər kəs ilk növbədə özünə qarşı səmimi olmalıdır. Dini həssaslıq daşıyan insanların gərəksiz yerə detallara bağlı olduğunu düşünən insanların böyük əksəriyyəti mövzu öz mənfəətləri ilə bağlı vəziyyətə gəldikdə hər zamankından daha çox həssas və diqqət göstərirlər.
Bu anlayışda birinin iş görüşməsinə qatıldığını xəyal edək. Görüşmə üçün günlərcə əvvəldən hazırlıqlar başlayar. Gözəl bir qiyafət, cazibəli bir görünüş üçün məşqlər edilər. Görüşmədə nələrin soruşulacağı və bu suallara ən gözəl şəkildə necə cavab veriləcəyi düşünülür, yazılır, əzbərlənir. Görüşməyə girildiyində pozitiv bir ab-hava yaratmaq üçün taktikalar düşünülür. Görüşdüyünüz insan sizdən sualları soruşarkən tam diqqət kəsilirsiniz. Sizinlə danışıldığında mobil telefonunuzla maraqlanmaz, bayırda mənzərə necədir deyə baxmaz, axşam nə yeyəcəm deyə düşünməzsiniz. Bütün diqqət və ciddiyyətlə qəbulediciləriniz açıqdır. Özünüzü qarşınızdakına isbat üçün sizə verilən qısa müddəti ən yaxşı şəkildə istifadə etməyə çalışırsınız. Sizdən gözlənilənləri və haqlarınızı ən incə detallarına qədər öyrənib bilmək istəyirsiniz. Yaxud da Universitet imtahanına girib və zaman qarşı yarışmalı olsanız, sizə verilən saatları xəyal quraraq keçirməz, bütün diqqətinizi suallara yönləndirərsiniz. Nümunələri daha da artırmaq mümkündür. Əhəmiyyətli olan insanı özünü aldatmasını buraxaraq həm dünyası, həm də axirəti üçün xeyirli olacaq şeylərə qarşı dəqiq davranması və şeytanın tələsinə düşməkdən qorunmaq üçün daim Allaha sığınmasıdır. Əks halda Hesab günündə heç bir bəhanə köməyinizə yetməyəcəkdir. 

Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"

Tərcümə: Ceylan Mumoğlu

8 aprel 2016
GO BACK