Qadin.NET / Dini mövzularda özünü aldatmağın 40 yolu-15

Dini mövzularda özünü aldatmağın 40 yolu-15

Dini mövzularda özünü aldatmağın 40 yolu-15

Peyğəmbərlər və Allah dostları kimi ola bilmərik.

İnsanlarla dini mövzularda söhbət etdiyinizdə və xüsusilə tarix boyunca peyğəmbərlərin və həqiqi inananların Allah yolunda, Onun rizasına uyğun yaşamalarının əvəzi olaraq qarşılaşdıqları çətinlik və sıxıntılardan nümunələr verdiyinizdə, bəzi insanların "Biz kimik ki, onlar kimi olaq", formasında ifadələr işlətdiklərinə şahid olursunuz. Danışılanlar qarşısında bəzi zamanlar göz yaşlarına hakim ola bilməyən, ya da "Allah" deyə hayqıran insanların bir qismindən dini lazım olduğu kimi yaşamaq uğruna gözə alması gərəkən sadə bir fədakarlıq gözlədiyinizdə çox zaman xəyal qırıqlığı yaşayırsınız. 

Quran ayələri insanlar ibrət və nümunə götürsünlər deyə göndərildiyi halda ayələrdəki həqiqətlər sanki başqalarına aidmiş kimi oxuyub dinlənilir, insanların bu cür yanlış düşüncələrə düçar olurlar. 

İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. (Mumtəhənə surəsi, 4-cü ayə)

O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur. (Zuxruf surəsi, 59-cu ayə)

Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. (Əhzab surəsi, 21-ci ayə) 

Dini mövzularda özünü aldatmağın 40 yolu-15

Ayələrdən də göründüyü kimi Allahın peyğəmbərləri və yanlarındakı inanclılarda insanlar üçün nümunələr vardır. Peyğəmbərlər də, yanlarındakı inananlar da hər birimiz kimi insandılar. Üstün insanlardı, amma insanüstü deyillərdi. İnsanüstü olmadıqları üçün də etdikləri edilə bilir, etdikləri fədakarlıqlar gözə alına bilir, Allaha həsr edilmək mümkündür. Onsuz da etdikləri edilə bilən şeylər olduğu üçün bizlərə nümunə göstərilmişdir. Yəni canları daxil hər şeylərini fəda etməkdə bir an olsun tərəddüd etməmiş olmalarını, ya da saysız çətinliklərə sinə gərmələrini əhəmiyyətsizləşdirmək üçün deyil; bu üstün fəzilətlərə sahib olmaq istəyən biri üçün bir maneə olmadığının anlaşılması üçündür. Əgər insan Peyğəmbərlər kimi təslim olub yalnız Allaha dayanaraq inanırsa, gözündə böyütdüyü dünyalıq şeylərin ancaq bir parıltı qədər dəyəri olduğunu görəcəkdir; Allahın lütfü sayəsində. Sahib olduğu canı da, malı da ona verənin Allah olduğuna könüldən iman etmiş biri üçün Allahın rizası canından da, malından da üstün olacaqdır. 

Buna baxmayaraq bəzi insanlar peyğəmbərlik dövründə yaşayan insanları uğurlu, özlərini isə bu menətdən məhrum olduqlarına görə uğursuz sayarlar. Hətta "Əgər Peyğəmbərimiz zamanında yaşasaydıq, Allah yolunda tərəddüd etmədən mücadilə edər və hər cürə çətinliyə qatlanardıq, amma təəssüflər olsun ki, Peyğəmbərimizlə eyni dövrdə yaşamadıq", kimi bəhanələr irəli sürürlər. Ona görə bəhanələr deyirik ki, eyni bir çox insanın yaşadığı zaman içində sadə çətinliklər və çəkinmələr məsələsində müsəlmana yaraşmayan davranışlar sərgiləməsinə və xırda bir dünyəvi hesab uğruna dini həqiqəti görməzdən gələ bildiklərinə şahid olursunuz. Hər dövrün daxilində öz çətinliyi, öz imtahanı vardır. Bu səbəbdən bəhanələrin arxasına sığınmadan hər kəs daxilində olduğu dövrün və şərtlərin gərəktirdiyi məsələlər nöqtəsində müsəlmanlığını isbat etməsi lazım olduğunu bilməlidir.  

Dini mövzularda özünü aldatmağın 40 yolu-15

Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. (Muminun surəsi, 62-ci ayə)

Quranda dini əmrlərə diqqət etməyən və buna qarşı müxtəlif bəhanələr gətirən insanların qəlblərində olmayan şeyləri dilləri ilə söylədikləri ifadə edilir:

Onlar qəlbində olmayanları dilləri ilə deyirlər. (Fəth surəsi, 11-ci ayə)

Dolayısı ilə insanların bu mövzularda da müxtəlif bəhanələrin ardına sığınaraq özlərini aldatmaqdan vaz keçmələri lazımdır. Əgər bir insan könül səmimiyyəti ilə Allaha xeyirli bir qul olmaq istəyirsə, peyğəmbərlər kimi olmayacğını deyil, əksinə peyğəmbərlər kimi olması gərəkdiyini bilməsi lazımdır. Yaşayarkən hər kəsin özünə nümunə aldığı insanlar vardır həyatda. Həqiqi inananlar üçün özlərinə nümunə almaları lazım olan insanlar Quran ayələrində verilən peyğəmbərlər və Allah yolunda tərəddüdsüz mücadilə edən inanclılardır. 


27 yanvar 2016
GO BACK