Qadin.NET / Əmanətə xəyanət etmək olmaz!

Əmanətə xəyanət etmək olmaz!

 

Əmanətə xəyanət etmək olmaz!

 

Məhəmməd Peyğəmbərin bir neçə hədislərində əmanət haqqında belə buyurulur: "Sənə xəyanət edənə xəyanət etmə ki, sən də onun kimi olarsan". "Əmanətə xəyanət edən bizdən deyildir". Hədislərdə də göründüyü kimi əmanətə sahib çıxmaq,onu qorumaq çox vacibdir. Əmanət, bir əşyanın, bir kəsin, bir sirrin başqa birisinə müvəqqəti olaraq verilməsidir. Ona görə də əmanəti qorumaq gərəkdir. \Ona xəyanət etmək isə həm günah və həm də pis vəsdişdir.

 

Əmanətə xəyanət etmək olmaz!

 

 

Əmanət-güvəndir, inamdır. Birinə vacib olan,önəmli olan bir şeyin digər birinə verilməsidir. Həmin digər insanın üzərinə düşən vəzifə isə ona sahib çıxmaqdır, qorumaqdır. Əmanət təkcə maddiyyatla deyil, həm də mənəvi olaraq da olur . Məsələn, Birinə bir sirr verilir, söz deyilir, o şəxs isə onu başqasına söyləyir. Bunun özü də xəyanət hesab edilir. Çünki, birinin digərinə sirrini deməsi,ona güvənməsi deməkdir. Onun sirrini ifşa etməklə də, aradakı güvən, inam itir.
İmam Əli isə xəyanət haqqında belə buyurmuşdur:"Xəyanət ikiüzlülüyün mınşəyidir". Yəni bir şəxs digərinə söz verib, ona əməl edəcəyinə əmin edir. Lakin ona əməl etmir. Bu da onun ikiüzlü olduğuna gətirir çıxarır. Əmanətə xəyanət etmək olmaz! Bu həm insanı hörmıtdən salar, həm də gözdən salar və o insana olan inamı və etibarı itirər.

15 noyabr 2016
GO BACK