Qadin.NET / Əhli Beyt bağçasından bir neçə çiçək (29-cu hissə )

Əhli Beyt bağçasından bir neçə çiçək (29-cu hissə )

Yemək-içmək haqqında

 

Əhli Beyt bağçasından bir neçə çiçək (29-cu hissə )

 

 

İmam Əli (ə): "Heyva yemək zəif qəlbi güclü, bədəni pak, qorxağı şücaətli və övladı gözəl edər (qadın hamilə ikən)". "Bal hər bir dərdin dərmanıdır, onda heç bir dərd və xəstəlik yoxdur, bəlğəmi azaldır, qəlbi cilalayır və möhkəmləndirir". "Xurma yeyin, çünki hər bir dərdin dərmanıdır".

 

Əhli Beyt bağçasından bir neçə çiçək (29-cu hissə )


Peyğəmbər  (s.ə.v): "Ya Əli! Sənə mərci yeməyi tövsiyyə edirəm, çünki o bərəkətli və pakdır, qəlbi nazikləşdirir, göz yaşını çoxaldır, yetmiş peyğəmbər daim ondan istifadə edərdi". "Daim sarımsaq yeyin və onunla xəstəliklərinizi sağaldın. Çünki yetmiş dərdin dərmanıdır". "Məviz yeyin, çünki səfranı aradan qaldırır, bəlğəmi aradan aparır, əsəb sistemini gücləndirir, yorğunluğu aparır, əxlaqı gözəlləşdirir, ruha aramlıq verir və qəm-qüssəni aradan aparır".

 

 

Əhli Beyt bağçasından bir neçə çiçək (29-cu hissə )


İmam Sadiq (ə): "Əgər insanlar almanın necə xasiyyətli olduğunu bilsəydilər, xəstəliklərini yalnız onunla müalicə edərdilər. Alma hər şeydən əvvəl daha sürətlə ürəyə faydalı olar və o ətirli edəndir". "Zeytun yağı necə də yaxşı yeməkdir, ağzı ətirləyir, bəlğəmi aradan aparır, əsəb sistemini möhkəmləndirir, xəstəliyi aradan aparır və qəzəb odunu söndürür"."İydənin əti ət üçün, dənəsi sümük üçün, qabığı qabıq üçün faydalıdır. Bununla eyni zamanda böyrəkləri qızdırır, mədəni dezinfeksiya edir, babasilin və sidik axmasının qarşısını alır, ayağı möhkəmlədir, cüzamın bədəndən kökünü kəsir".

 

 

Əhli Beyt bağçasından bir neçə çiçək (29-cu hissə )


İmam Rza (ə): "Əncir ağızın pis iyini aradan aparır, sümükləri möhkəmləndirir, tükün göyərməsini çoxaldır, xəstəliyi aradan qaldırır və onun varlığı ilə heç bir dərmana ehtiyac yoxdur".

 

8 yanvar 2016
GO BACK