Hacıdan, din müəllimindən qorxacaqsan.
Bəhs edilən bəhanə, xüsusilə xalqın müəyyən bir hissəsi tərəfindən hər fürsətdə dilə gətirildiyi və xüsusi hadisələrin ümumiləşdirildiyi görülməkdədir. İnsanlarının böyük əksəriyyətinin hərislik və mənfəət səbəbi ilə dini qaydalara zidd davranışlar sərgilədiklərini görmək mümkündür. Edilən xəta və işlənən cinayət öz-özlüyündə səhv və cinayətdir. Kimin tərəfindən edilib-edilməməsi, ikinci, üçüncü dərəcədən əhəmiyyətlidir. "Dindar" olan və ya o şəkildə qəbul edilən hər hansı adamın işlədiyi cinayət də özünə aiddir. Çünki həmin günahı işləməsinin səbəbi dini inancı deyil, özüdür. İnandığı bir çox şeyi yerinə yetirməyən saysız insan vardır həyatda. Məsələn, dini qəbul etməyən biri yalan danışmağın, oğurluq etmənin pis olduğunu da qəbul edər. Bunlardan birini etməsi isə qəbuluna zidd davranmasının göstəricisidir. Ancaq həqiqət həqiqətliyində qalır. Yəni fərdlərin həqiqətə zidd davranışları həqiqəti dəyişdirməz.
Dindar insanlardan əxlaq xaric davranışların gözlənilməməsi olduqca təbiidir. Ancaq burda əhəmiyyətli olan fərdlərin hadisələr qarşısında səmimi olub-olmadıqlarıdır. İnsanlar etdikləri bir günah qarşısında özərini təmizə çıxarmaq üçün dindarların da bənzər şeylər etdiklərini söyləyə bilirlər. Ya da dinə inanmaq istəmədikləri üçün, xüsusilə pis nümunələri seçib bu nümunələr üzərindən dinə və bütün dindarlara iftira istəyində də ola bilirlər. Bu cür fərdlərin səmimi və vicdan sahibləri olmadıqları açıqdır. Bununla birlikdə dindar şəxslərin də səhvlər etməsini dəlil gətirən şəxslərin bu vəziyyətin öz üzərindəki məsiliyyəti qaldırmayacağını, ya da yüklərini yüngülləşdirməyəcəyini bilmələri lazımdır.
Xüsusilə 70-80-ci illərdə çəkilən türk filmlərinin böyük bir qismində ən çox işlənən mövzulardan biri "fırıldaqçı hacı hoca" mövzusudur. Nə hikmətdəndirsə, bəhs edilən filmlərin heç birində səmimi bir Müsəlman xarakteri ilə qarşılaşmamız mümkün deyildir. Səhv və fanatik dindar nümunələrindən hərəkət edərək dinin və dindarların əslində nə qədər geri qaldığı və müasirlikdən uzaq olduğu mesajı verlməyə çalışır. Harada bir fırıldaq, harada bir haqsızlıq varsa, altından dindar görünüşlü birini çıxararlar. Hardasa bir neçə nəslin dinə qarşı önmühaikə ilə yanaşaraq dindən uzaq durmasının arxasındakı əhəmiyyətli təsirlərdən biri də qərəzli olaraq edilən bu zehin inşasıdır.
Din daha çox insanların mənəvi dünyalarında xitab edən istiqaməti ilə pis niyyətli insanların əlində yanlış mühakiməyə məruz qala bilər. Bəzi insanlar din üzərindən siyasət apara bilir, yaxud da iqtisadi mənfəət güdərək insanları aldada bilirlər. Ancaq şübhəsiz bu mövzularda paranoya olmaq deyil; diqqətli olmaq lazımdır. Çünki bu kimi hallar dinin özündən deyil pis niyyətli insanlardan qaynaqlanır. Bu kimi neqativ hallar ilə qarşılaşmanın ən təsirli yolu isə insanların dinlərini bilavasitə qaynaqlarından öyrənib gündəlik həyatlarına əks etdirmələridir. Qeyd-şərtsiz inanılıb bağlanılacaq tək söz yalnız ilahi kəlam olan Qurandır. Bu səbəbdən dini mövzulardakı iddia və tələblər qəbul edilmədən əvvəl mütləq Quran süzgəcindən keçirilməlidir. Allaha iman insanın bütün həyatına müsbət istiqamətdə təsir etməlidir. Əgər təsir etmirsə, ya insanda, ya da insanın imanında bir problem vardır deməkdir. Din insanlıq üçün endirilmişdir. Bəhanələrin arxasınsa sığınmağı buraxaraq pis nümunələrii deyil, yaxşı nümunələri diqqətə almaq və hər kəsin öz hesabına dinini doğru bir şəkildə öyrənərək yaşaması lazımdır.