Cənnət və cəhənnəm
Peyğəmbər (s.ə.v): "Behişt bir gümüş və bir qızıl kərpicdən tikilmişdir,onun palçığı çox ətirli müşkdür,xırda daşları lölə və yaqut,torpağı isə zəfərandır". "Cənnətdə elə şeylər (nemətlər) vardır ki,nə gözlər görmüş,nə qulaqlar eşitmiş,nə də bir kəsin zehnindən keçmişdir"."Hər kəs behiştə aşiqdirsə, yaxşı işlər görməkdə yarışsın,bir-birindən qabağa keçsin"."Mənə 6-şeyi zəmanət verin,mən də sizin üçün cənnətə zamin olum: Danışanda düz danışın,vəd verdiyiniz zaman vəfa edin,əmanətdar hesab olunduğunuz zaman əmanəti sahibinə qaytarın,fərclərinizi (ayıb yerlərinizini) naməhrəmdən qoruyun,gözlərinizi naməhrəm baxışlardan qoruyub saxlayın və əlinizi haram şeylərə uzatmayın"."Muhəmmədin canı qüdrət əlində olan Allaha and olsun ki,iman gətirməyincə cənnətə daxil olmazsınız,bir-birinizlə dost olmayıncaya qədər cənnətə daxil olmazsınız.Aranızda salamı aşkar şəkildə yayın (aşkardan salam verin)"."Cəhənnəm əhlinin çirk və qanından bir dolça aləmin şərqində tökülsə,onun nəticəsində aləmin qərbində olanların kəllə sümüyü qaynayar"."Cəhənnəm əhlinin ən az əzaba düçar olanının ayağında atəşdən olan iki ayaqqabı vardır ki,onların hərarətindən beyinləri qaynayar"."İnsanları cəhənnəmə ən çox aparan şey 2 boşluqdur:Ağız boşluğu və fərc"
İmam Sadiq (ə):"Cəhənnəm əhlinin cəhənnəmdə əbədi qalmasının səbəbi onlarin dünyada əbədi qaldıqları halda daim Allaha qarşı üsyankarlıq etmək niyyətində olmalarıdır.Cənnət əhli də cənnətdə buna görə əbədi qalacaqdır ki,dünyada onların niyyəti bu idi ki,əgər orada daim qalsaydılar,həmişə Allaha ibadət edərdilər.Buna görə də niyyətlərinə görə daim onlar və bunlar əbədi olacaqlar"
İmam Əli (ə):"Behiştin ləzzətləri və xoşluqları ürəyi vurmaz,onun yığıncaqları bir-birindən dağılmaz,sakinləri rəhman Allahın pənahındadırlar,onların qarşılarında qulamlar qızıl tabaqlarda meyvə və ətirli güllər olan halda dayanmışlar"."Sizin canlarınız üçün behiştdən başqa heç bir dəyər yoxdur,belə isə onu behiştdən başqa bir şeyə satmayın"."Cənnətə yalnız batini gözəl olan,niyyəti xalis olan şəxslər nail olar"