Qadin.NET / Həzrəti Mövlanədən...

Həzrəti Mövlanədən...

Salam əzizlərim! Son günlər Mövlanədən çox oxuyuram. Həqiqətən çox dəyərlidir mənim üçün. İstədim ki, sizlər üçün də bir neçəsini göstərim. İnşəAllah davamlı olar. 

Həzrəti Mövlanədən...


 

1. İnanmışsansa, şirin bir hala gəlmişsənsə, ölüm də inanmışdır, şirinləşmişdir.Kafirsənsə, ağrılaşmışsansa, ölüm də kafirləşər, ağrılaşar sənə.

2. Düzgünlük, Musanın əsası kimidir. Əyrilik isə sehrbazların sehrinə bənzər.Düzgünlük ortaya çıxınca, bütün əyrilikləri udar. 

3. Nə qədər bilirsən bil söylədiklərin qarşındakının anlaya bildiyi qədərdir. 

4. Dünya və axirət ortaq iki zövcə kimidir.Birisini nə qədər sevindirsən, o birini o qədər qəzəbləndirərsən. 

5. İki barmağının ucunu gözünə qoy. Bir şey görə bilirsənmi dünyadan? Sən görə bilmirsən deyə bu aləm yox deyil. Görə bilməmək ayıbı, göstərməmək qüsuru, uğursuz nəfsin barmağına aid işdə. 

6. Deyilmi ki könül mətbəxində yeməklər qab qab,  

yaxşı nə deyə alçaq kəslərin mətbəxinə kasa tutacaqmışım? 

7. Gəminin içindəki su, gəmini batırar. Gəminin altındakı sudursa, gəmiyə arxa olar.  

8. Əxlaqsızların qışqırmasıyla, ürəkli igidlərin nərələri,  

tülküylə aslanın səsi kimi meydandadır. 

9. Nə qədər insanlar gördüm, üzərində paltarı yox. Nə qədər paltarlar gördüm, içində insan yox.  

10. Oruc tutmaq gücdür, çətindir amma Allahın qulu özündən uzaqlaşdırmasından, bir dərdə uğratmasından daha yaxşıdır.  

31 may 2011
GO BACK