Hədis-1.Peyğəmbər (s.ə.s)buyurur:Ey insanlar!Dünya qəm sarayıdır,şadlıq sarayı deyil.Çətinlik sarayıdır,rahatlıq sarayı deyil.Onu tanıyan şəxs ümidlə şad və çətinliklə qəmgin olmaz.*La həula və la quvvətə illa billahil əliyyul əzim* cümləsi 99 dərdə şəfadır ki,onlardan ən sadəsi qəm -qüssədir.
Hədis-2.İmam Sadiq(ə) buyurur:Kim öz yoldaşına təbəssüm etsə ,həmin təbəssümün ona bir savabı olar.
Hədis-3.İmam Sadiq(ə)buyurur:Allah-Təala içində toy olan evi sevər,içində də talaq(boşanma)olan evi isə Özünə düşmən bilər.Allah yanında talaqdan mənfur(nifrət olunası)bir şey yoxdur.
Hədis-4.İmam Əli(ə) buyurur:Oğlum Muhəmməd!Mən sənin üçün yoxsulluq və imkansızlıqdan qorxuram.Onlardan Allaha pənah apar.Çünki yoxsulluq dinin azalmasına,fikrin məyusluğuna,kin və düşmənçiliyə səbəb olur.
Hədis-5.İmam Sadiq(ə) buyurur:İstər kiçik olsun,istər böyük,istər ciddi olsun,istər zarafatyana-yala danışmaqdan çəkinin .Həqiqətən ,kiçik yalan danışan kəs böyük yalana da vərdiş edər.
Hədis-6.İmam Kazım(ə) buyurur:Oğlanın uşaqlıq dövründə dəcəlliyi böyüyəndə dözümlülüyünə səbəb olduğu üçün bəyənilən xüsusiyyətdir.
Hədis-7.Həzrət Muhəmməd(s.ə.s)buyurur:Cənnətin qoxusu beş yüz ildən duyular,ancaq naxaləf övlad və dəyyus insana çatmaz.Ondan dəyyus kimlərə deyildiyini soruşduqda buyurur:Arvadı zina edən və bundan xəbərsiz olan kişi..
Hədis-8.İmam Əli(ə) buyurur:Ancaq Allah öz bəndələrini cürbəcür çətinliklərlə sınayır və müxtəlif səylərlə bəndəliyinə doğru çəkir.Bir çox çətinlik və narahatlıqlara mübtəla edir ki,bu yolla təkəbbürü qəlbindən çıxarıb təvazökarlığa qərar versin və onu Öz fəzlinə doğru açılan qapıya və Öz bağışlamağı üçün asan bir vasitəyə çevirsin.
Hədis-9.İmam Sadiq(ə) buyurur:İblis öz qonşununa dedi:Üç işdə Adəm övladına üstün gəlsəm ,onun nə edəcəyindən qorxum olmaz.Çünki onun əməlləri artıq qəbul olunmayacaq:əməlıini çox hesab etsə ,günahını unutsa və xüdpəsənd(özündən razı)olsa.