Qüdsi hədis-həm ləfz, həm də məna cəhətdən Peyğəmbərin (S.Ə.S.) Rəbbindən rəvayət etdiyi hədislərə deyilir.
Əbu Hureyra (Allah onda razı olsun) rəvayət edir ki,
Allah Elçisi Məhəmməd (S.Ə.S.) dedi: "Uca Rəbbimiz hər gecənin axır üçdə birində dünya səmasına enir və buyurur: “Kim Mənə dua edər ki, Mən də onun duasını qəbul edim?! Kim Məndən istəyər ki, Mən də ona istədiyini verim?! Kim Məndən bağışlanma diləyər ki, Mən də onu bağışlayım?!”
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki,
Allah Elçisi Məhəmməd (S.Ə.S.) demişdir: “Əgər ümmətim üçün çətin olmasaydı, mən onlara dəstamazla yanaşı misvakdan istifadə etməyi əmr edərdim və İşa namazını gecənin üçdə birinə və ya yarsına qədər gecikdirərdim. Gecənin üçdə biri və ya yarısı keçdikdən Uca Allah dünya səmasına enir və belə deyir: ”İstəyən varmı ona verim, bağışlanma diləyən varmı, onu bağışlayım, tövbə edən varmı onun tövbəsini qəbul edim, dua edən varmı, onun duasını qəbul edim”.
Rifaə əl-Cuhəni (Allah ondan razı olsun) rəvayət edir ki,
Allah Elçisi Məhəmməd (S.Ə.S.) belə buyurur: "Həqiqətən, Allah gecənin yarısı və ya üçdə ikisi keçənədək gözləyir. Sonra belə buyurur:"Qullarım Məndən qeyrisinə dua etməsinlər. Sübh çağınadək kim Mənə dua edərək Məndən bir şey istərsə,onun duasını qəbul edib istədiyini ona verərəm .Kim də Məndən bağışlanma diləyərsə, onu bağışlayaram!”