Əbu Amir bin Sayfinin azad etdiyi kənizlərindən Sarə, muğənni və ağı söyləyən bir qadındı. Müşriklər ona, əyləncəli anlarında mahnı oxudur, yaxınlarından biri öldüyü zaman da ağı söylədərdilər. Sarə, Peyğəmbərimiz (S.A.V) Məkkə üzərinə hazırlıq gördüyü arada, Mədinəyə gəlmişdi. Peyğəmbərimiz (S.A.V) ona:
- Müsəlman olaraqmı gəldin? Deyə soruşdu.
- Xeyr, dedi.
- Mühacir olaraq mı gəldin? Deyə soruşdu. Sarə yenə:
- Xeyr, dedi. Peyğəmbərimiz (S.A.V):
- Bəs nəyə görə gəldin? Deyə soruşdu.
- Mən bu aralar çox möhtac bir vəziyyətə düşdüm. Mənə yeyəcək və minəcək verəsiniz, geyindirib keçindirəsiniz deyə yanınıza gəldim, dedi.
Peyğəmbərimiz (S.A.V):
- Mahnı oxumağın, ağı demələrin səni ehtiyacdan qurtarmadımı? Deyə soruşdu.
- Ya Muhamməd! Qureyşlilər özlərindən çox adam öldürüldüyündən sonra, mahnı dinləməyi buraxdılar. Mən də mahnını və ağı deməyi buraxdım, dedi.
Peyğəmbərimiz, doğurdan da səfil vəziyyətə düşmüş Sarəyə kömək edilməsini əmr etdi.Əbdülmüttalib oğulları, onu geydirib keçindirdilər, bir də heyvan tapıb mindirdilər. Özünə də, ayrıca yol azuqəsi verdilər.
Peyğəmbərimiz (S.A.V) toplumun hansı tərəfindən olursa olsun, hansı inancdan olursa olsun, möhtac vəziyyətə düşmüş hər kəsə kömək edərdi. Özündən kömək istəyən heç kimi əliboş geri qaytarmazdı. Bu üzdən müğənni Sarəyədə, İslama girməyib batil inancına davam etdiyi halda kömək etmişdi.