Qadin.NET / Gözlə görünməyən,lakin hər zaman yanımızda olan Mələklər

Gözlə görünməyən,lakin hər zaman yanımızda olan Mələklər

Mələklər xoş , mehriban sözləri, sevgi, qayğıkeş dolu mühiti sevirlər.Onlar ruh kimi lətif, nurani, mahiyyətləri Allah yanında məlum,varlıqları bizim dünyaya məlum olmayan, ancaq insanlarla ünsiyyətdə olan varlıqlardır. Ağılları və düşüncələri var. Pis qoxudan, söyüşdən, kobudluqdan, qarğışdan, mübahisədən xoşlanmır və həmin insandan uzaqlaşır. Onlar tez-tez ağlayan, qəzəblənən və heçnədən depressiyaya düşən insanları sevmir. Mələklər Allahın qəzəbini, imtahanını və ya günaha görə verdiyi cəzasının qarşısını ala bilməz. Mələklər dua və ibadət edənləri sevər və onlar da səninlə birgə dua edər. Mələyə inamla Allaha inamı səhv salmaq olmaz. Mələklər gözəl ətiri (ən çoxda qızılgül), təmiz dərini, təmiz geyimi, həzin musiqiləri sevirlər. Onlar siqaretə, narkotikə, içkiyə, qışqırtılı musiqiyə dözə bilmirlər. Mələyinlə ünsiyyət üçün ən gözəl vaxt: gecə yatmamışdan əvvəldi və hər səhər oyananda bu sözləri təkrarlayın; Mələyim mənimlədir, Mələyim gün başladı, sən irəlidə, mən də arxanca gəlirəm.

Qurani-Kərimdəndə bizə 4 böyük Mələk məlumdur; Cəbrail,Əzrail,İsrafil,Malik.

Cəbrail-Mələklərin ən böyüyüdür,vəzifəsi Allah ilə Peyğəmbər arasında elçilik etməkdir. Kitabımız Quran-i Kərimi Allahdan Peyğəmbərimizə gətirən Cəbrail Mələkdir. Cəbrail vəzifəsini yerinə yetirərkən Peyğəmbərin qarşısına cürbəcür şəkillərdə gəlirdi

Mikail Mələk-Təbiət hadisələrinin idarəsi ilə vəzifəlidir.

İsrafil Mələk – Qiyamətin qopması və insanların öldükdən sonra dirilməsi ilə görəvlidi.

Əzrail Mələk – Ömrü sona çatmış insanların canlarını almaq vəzifəsindədir.

Bundan başqada mələklər varki,onlar insanların yanında olan və onun kiçik,böyük,gizli işlərini yazan mələklərdir.

Kiramen Katibin ; bu iki mələkdirki, biri insanın sağında digəri solunda olur.Sağdakı mələk insanın tutduğu yaxşı əməllərini,solundakı isə pis işlərini yazır.

Münker və Nekir ; Bunlar insanlar öldükdən sonra qəbirdə sorğu -sual edən mələklərdir.

Ridvan Mələk – Cənnətdəki mələklərin başçısıdır.

Malik Mələk – Cəhənnəmdəki mələklərin başçısıdır.

Mələklərə inanmaq müsəlmanlığın iman və etiqad əsaslarındandır.Böyük Allah belə buyurur; “HƏR KİM ALLAHA, ONUN MƏLƏKLƏRİNƏ, PEYĞƏMBƏRLƏRİNƏ, CƏBRAİLƏ VƏ MİKAİLƏ DÜŞMƏN OLSA ALLAH DA KAFİRLƏRƏ DÜŞMƏNDİR”(Əl-Bəqərə 2/98)

 

29 aprel 2011
GO BACK