Qadin.NET / Allah

Allah

Allah
İslam dinində Allahı anmaq üçün 99 addan istifadə olunur. Bunların içində ən çox istifadə olunanı "Allah"-dır. Bu ad bütün digər adları özündə cəmləyir. Bu ad yalnız Allah-Təalaya məxsusdur. Heç bir dildə tam qarşılığı yoxdur.
Dilçi alimlər bu sözün İlah (əl-ilah və ya əl-laha) kökündən törədiyini güman edirlər. Ərəb dili ilə qohum olan digər dillərdə "Allah" kəlməsi belə səslənir: ibrani dilində "Eloah", arami dilində "Elaha", süryani dilində "Alaha".
Hədislərdə və Qurani-Kərimin "əl-Bəqərə", "Ali-İmran" və "Ta ha" surələrində keçən İsmi-Azamın (ən əzəmətli ad) hansı "ad" olduğu konkret bilinməsə də, İslam alimləri ümumi xüsusiyyətlərinə görə "Allah" sözünü İsmi-Azam kimi qəbul etmişlər.

Ərəb dilinin quruluşuna əsasən, "Allah" kəlməsinin hərfləri sıra ilə götürülsə belə, Uca Yaradana işarə edən məna dəyişməz qalır. Məsələn, Allah (Ш§Щ„Щ„Щ‡) isminin əvvəlindəki həmzə (пєЂ ) hərfi götürüldükdə "lilləhi" (Щ„Щ„Щ‡) kimi oxuna bilər ki, bu da "Allah üçün, Allaha aid" deməkdir.
Bu ad Quranda 2697 dəfə qeyd olunur. 
İnsanların əksəriyyəti Allah haqqında məhz bu fikirdədir. Onlar deyirlər: "Əgər Allah bizim qayЗ§ımıza qalsaydı, dünya tamam başqa cür olardı". Bu gün dünyada müharibələr, ədavət və yoxsulluq hökm sürür. İnsanlar xəstələnir, qocalır və əzizlərini itirirlər. Bu kimi hadisələrlə üzləşdikdə çoxlarında belə sual yaranır: "Allah bizi sevsəydi və köməyimizə çatmaq istəsəydi, bütün bunlara yol verərdimi?"
Ən dəhşətlisi odur ki, insanların Allahı qəddar sanmalarına səbəb bəzən din xadimlərinin təlimləri olur. Bədbəxtlik baş verən zaman onlar iddia edirlər ki, bu, Allahın iradəsidir. Bununla onlar baş verən bütün cinayət və fəlakətlərdə Allahı günahlandırmış olurlar. Bəs Allah haqqında irəli sürülən bu fikir həqiqətə uyЗ§undurmu? Bu haqda Müqəddəs Kitab nə öyrədir? Yaqub 1:13 ayəsində deyilir: "İmtahan olunan zaman qoy, heç kim: “Allah məni imtahan edir”, — deməsin. Çünki Allah pisliklə imtahan olunmur və Özü də heç kimi imtahan etmir". Gördüyümüz kimi dünyada baş verən pisliklərin səbəbkarı heç vaxt Allah olmamışdır . Düzdür, O, fəlakətlərə və bədbəxtliklərə yol verir. Ancaq bir şeyə yol verməklə, onun səbəbkarı olmaq arasında böyük fərq var.
Bir nümunəni nəzərdən keçirək. Öz valideynləri ilə yaşayan bir gəncin atası xeyirxah və qayЗ§ıkeşdir. Ancaq oЗ§ul inadkarlıq göstərərək evdən getmək qərarına gələndə ata ona mane olmur. O, pis həyat tərzi sürməyə başlayır və bəlaya düşür. OЗ§lun problemlərinə görə atanı ittiham etmək olarmı? Əlbəttə, yox! Buna bənzər tərzdə yanlış yol seçdikləri zaman Allah da insanlara mane olmadı, amma Allahı onların düçar olduqları bəla və bədbəxtliklərin səbəbkarı hesab etmək düzgün deyil. Buna görə də dünyada bu qədər pisliyin baş verməsində Allahı günahlandırmaq haqsızlıq olardı.
Bəşəriyyətin yanlış yol ilə getməsinə izin verməkdə Allahın əsaslı səbəbləri var. Əlbəttə, müdrik və qüdrətli Yaradan bizə hesabat verməyə borclu deyil. Lakin O, məhəbbətdən irəli gələrək nə üçün belə davrandıЗ§ını izah edir.. Əmin olun ki, çəkdiyimiz əzablara və bədbəxtliklərə görə Allah günahkar deyil. Əksinə O bizi bütün bunlardan azad edəcəyini vəd edir 
Allah
Hər şeydən əlavə Allah müqəddəsdir. Bu, Onun təmiz və pak olduЗ§unu göstərir. Allahda zərrə qədər də pislik yoxdur. Buna görə də biz Ona tam etibar edə bilərik. Bunu insanlar haqqında demək olmaz, çünki onlar satqın və ədalətsiz ola bilərlər. Hətta hakimiyyət sahibi olan ən düzgün insan belə pis insanların vurduqları zərərin hamısını aradan qaldırmaq qüvvəsində deyil. Allah isə hər şeyə qadirdir. O, pisliyin bütün nəticələrini aradan qaldırmaq iqtidarındadır və bunu mütləq edəcəkdir. Vaxtı çatanda Allah insanları iztirab və kədərdən əbədiyyən azad edəcəkdir
Allah bu gün dünyada baş verənlərə və həyatda qarşılaşdıЗ§ınız çətinliklərə necə münasibət göstərir? Müqəddəs Kitab Allahın ədaləti sevdiyini öyrədir. Nəyin yaxşı və nəyin pis olması Onun üçün çox vacibdir. 
Allah Yaradandır, biz isə Onun yaratdıqlarının bir hissəsiyik. İnsan bütün digər yaradılışlardan üstündür və ona digər yaradılışlar üzərində hökmranlıq etmək səlahiyyəti verilib . 
Allaha inanın və daim ona dua edin, Allah sizləri qorusun. Amin!
23 aprel 2015
GO BACK