Rəsulallah əfəndimiz (S.A.V), hicrətin üçüncü ilində Gatafan qəbiləsi üzərinə səfərə çıxmışdı. Çünki onlar ətrafdakı qəbilələri ətraflarına toplayıb islama qarşı qüvvə toplayırdılar. İki ordu Nəhl vadisində qarşı-qarşıya gəldilər.
Bir ara peyğəmbərimiz (S.A.V) ordudan ayrılaraq tək başına bir ağacın altında istirahət edirdi. Bu arada Gatafanın rəislərindən Gavres adlı cəsur biri bu vəziyyəti görərək suiqəsd niyyəti ilə peyğəmbərimizə (S.A.V) yaxınlaşdı.Qılıncı ilə gəlib peyğəmbərimizin (S.A.V) başının üstündə durdu.
- Səni mənim əlimdən kim qurtaracaq? dedi.
Allahın Rəsulunda na həyəcan vardı nə də qorxu. Qılıncı başına vurmağa hazırlaşan Gavresə üzünü döndərib “səni məndən kim qurtaracaq?” kəlməsinə tək bir kəlmə ilə cavab verdi:
- Allah...
Bu sözün qarşısında Gavres ürəyindən bir yumruq zərbəsi almış kimi sarsıldı. Qılınc əlindən düşdü. Allah Rəsulu tez qılıncı əlinə alıb Gavresin başına qaldırdı.
- İndi səni məndən kim qurtaracaq? dedi
Gavresin dayanıb inandığı bir yeri yoxdu. Allah Rəsuluna (S.A.V):
- Əsirin olum, mənə toxunma, deyə yalvarmağa başladı. Hz Peyğəmbər (S.A.V):
- Allahdan başqa ilah olmadığına şəhadət edərsən? dedi.
- Xeyir, amma bundan sonra səninlə heç vaxt savaşmayacağıma və savaşlara da heç vaxt kömək etməyəəcəyimə söz verirəm, dedi.
Rəsullallah Əfəndimiz onu öldürməyə gələn Gavresi sərbəst buraxdı. Gavres dostlarının yanına çatdığında hər kəs çaş halda:
- Nə oldu? Bir şey etmədinmi? Deyə sual verdilər.
Gavres başına gələnləri onlara danışdı. Və sözünün sonunu belə bağladı.
- Mən indi insanların ən yaxşısının yanından gəlirəm.