Bir övliya Kəbəyə getmək istəyir, yola çıxacağı zaman, oğlu ondan soruşur: "Ata hara gedirsən?" Atası "Beytullaha gedirəm" deyir. Uşaq zənn edir ki, Beytullahı görən o evin sahibini görür, bunun üçün uşaq ağlayır və atası ilə bərabər getməsini ondan xahiş edir.
Atası uşağın ağlamasına səbr edə bilmir və uşağı da özü ilə bərabər aparır, Mikattanihramlarını birgə geyinirlər, nəhayət Beytullahı görəndə uşaq dərhal düşər və ruhunu haqqa təslim edər, atası: "Oğlum nə oldu, necə öldün" deyərək ağlayır, gözləmədiyi anda səs eşidir.
"Sən beyti görməyi istədin gördün, uşaq evin sahibini görməyi istəyib və o da gördü. Uşaq hazırda nə yerdə və nə də göydədir, o Allahın mənəvi hüzurundadır" deyir.
Hər kim bütün dünya arzularından uzaqlaşıb və ruhunu Haqqa təslim etsə, onun həqiqi qibləsi Allah olur, yəni qovuşduğu Haqq olur. Necə ki, bütün Peyğəmbərlərin qibləsi olmuşsa, bütün insanların da öz qabiliyyət və daxili niyyətlərinə görə üzləri vardır. Yəni borcları, mənəvi dərəcələri vardır. Peyğəmbərlər Allahın həm Cəlal və həm də Camal sifətlərinə təzahür olmuşlar.
Həzrət Musaya Allahın (Həbibim) deməsi, Adəmi öz sifəti üzərinə dəyərləndirməsi, Peyğəmbərimizə (Sevgilim) deməsi, onlara ayrı-ayrı dərəcə verdiyinə işarə üçündür. Kim ki bütün varlığı ilə Allaha qayıtsa, onun maqsudu Allahdır. Mələklərin qibləsi Adəm, çünki O, mələklərlə Allah arasında bir vasitədir. Çünki Allah Ona Cəlal və Camal pərdəsini geyindirdiyi üçün Allah Adəmi öz surəti üzərində yaratdı. Yəni Ona öz gözəlliyi və gözəl sifəti geyindirdi - deyə hədisi şərifdə buyurulmuşdur.