Qadin.NET / Peyğəmbərimizin (s.ə.v) təsviri

Peyğəmbərimizin (s.ə.v) təsviri

Ummu Məbəd,Peyğəmbərimizi belə tərif etmişdir.
 
Peyğəmbərimizin (s.ə.v) təsviri

 
    Həzrəti Peyğəmbər gözəl, üzü nurani ,əxlaqı gözəl bir şəxs idi. Onun bədən quruluşu da qüsursuz idi. Boyu uca, siması gözəl. Gözü qara, kiprikləri sıx, səsi nəzakətli idi. Gözünün ağı ağappaq, qarası qap-qara və yaradılışdan sürməli idi. Susduğunda  üzündə sükunət, danışdıqda isə gözəllik zühur edərdi. Danışdığı vaxt ağzından sözləri inci kimi çıxardı. Sözü açıq olub, haqqı batildən ayırırdı. Nə acizlik sayılacaq dərəcədə az,nə də bezdirəcək dərəcədə çox danışardı. Yanında onun hər dediyinə sözsüz  əməll edən dostları var idi. Hörmət edilən  gülər üzlü bir şəxs idi. Heç kimin eyibini üzünə vurub təhqir etməzdir.
22 may 2011
GO BACK