”Özünüzə,övladlarınız və mallarınıza qarğış etməyin.Ola bilsin ki qarğışlarınız duaların qəbul olunduğu bir zamana təsadüf etsin və qəbul olunsun.”MƏHƏMMƏD PEYĞƏMBƏR (s.ə.s)
Qarğış bir növ duadır.Lakin bu insanın əleyhinə söylənmiş bir dua olub digər adı da bədduadır.Qurani –Kərimdə qarğışla bağlı belə bir ayə var “İnsan xeyir-dua etdiyi kimi bəd dua da edər.Adamın hirsi tutduqda özünə və ya övladına bəddua edər.Əgər Allah onun duasını qəbul etsə ,ya özünü , ya da övladını məhv etməlidir.Lakin Allah səbirlidir,bəndələrinə əzab verməkdə tələsməz.İnsan tələsgəndir,gördüyü işin aqibətini duşünməyə hövsələsi çatmaz.’’
Bədduanin həyata keçməsi.
Rəsulullahın hədislərinə və həyatına nəzər saldığımızda xüsusilə müsəlmanlara qarğış etmədiyinin şahidi oluruq.Peyğəmbər (s.ə.s)insanları islama dəvət etmək üçün Taif şəhərinə getdiyi zaman şəhər əhalisi onu daş-qalaq etmiş,ayaqlarını qanatmışdılar.Həmin zaman Allah tərəfindən ona Taif əhalisinə qarğış edəcəyi təqdirdə,duasının qəbul olacağını bildirmiş, Peyğəmbər (s.ə.s)isə onlara qarğış etmək istəməyərək bəlkə sonralar onların içərisindən Allaha ibadət edən müsəlmanların çıxa biləcəyini demişdir.
Amma Peyğəmbərində bəddua etdiyi vaxtlar olmuşdur.Belə ki, bir dəfə Peyğəmbər (s.ə.s) Kəbədə namaz qılarkən ona rişxənd edib ələ salan müşriklərə qarğış etmiş və həmin müşriklər də Bədir müharibəsində müsəlmanlar tərəfindən öldürülmüşdür.Eləcə də Biri-Manuə adlanan ərazidə Kilab qəbiləsinin 70 islam dəvəşisini şəhid etməsindən sonra Peyğəmbər (s.ə.s) həmin qəbiləyə bir ay ərzində qarğış və lənət etmişdir.
Rəsulullah Əfəndimiz buyurub:”Mən lənətçi olaraq göndərilmədim. ”Bir möminə lənət etmənin onu öldürmək kimi olduğunu bildirir.Edilən bir lənətin yerinə yetdiyində haqsız yerə edildiyini görüncə sahibinə dönəcəyi gözlənilir.”Bir –birinizə Allahın lənəti,qəzəbi və cəhənnəm əzabı ilə lənət etməyin!” MƏHƏMMƏD PEYĞƏMBƏR (s.ə.s)
İslam dini kiməsə əsassız qarğış etməyi ,lənətləməyi qadağa edir.Dinimiz bizə gözəl sözlər danışmağı,hətta pislikləri belə gözəl sözlərlə aradan götürməyi tövsiyə edir.
" Mömin nə lənət edən,nə kobud və çirkin söz söyləyən,nə də həyasız olandır."