Qadin.NET / A.İ.Mubarək, S.İ.Uyeynə və İmam Şəfii

A.İ.Mubarək, S.İ.Uyeynə və İmam Şəfii

 

A.İ.Mubarək, S.İ.Uyeynə və İmam Şəfii

 

Abdullah İbn Mubarək

-rahmətullahi aleyhi-

Əsl adı: Əbu AbdurRahman Abdullah İbn Mubarək əl-Hanzali. Hişam İbn Urvə və Humeyd İbn Tavildən hədis dinləmişdir. Fudeyl İbn

İyad (rahmətullahi aleyhi) deyir ki: “Bu evin (Kəbə) Rəbbinə and olsun ki, iki gözüm İbn Mubarək kimisini görmədi”.

H.181-ci il Ramazan ayında vəfat etmişdir.

Şöbə (rahmətullahi aleyhi) deyir ki: “Yanımıza onun kimisi gəlmədi”. İmam Əhməd (rahmətullahi aleyhi) deyir ki: “Dönəmində elm tələb etmək üçün ondan daha çox çalışan heç kimsə yoxdur” (İbnul İmad “Şəzəratuz Zəhəbi” 1/295-297).

İbni Mubarək (rahmətullahi aleyhi) deyir ki: “Məkkədə, Mədinədə, Kufədə, Bəsrədə, Misirdə və Xorasanda insanların sünnət və cəmaat üzərə olmalarını açıqlayarkən ittifaq etdiklərini gördüm: Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədin Onun qulu və Rəsulu olduğuna şəhadət edən, bütün işləri Əziz və Cəlil olan Allaha həvalə edib hər bir şeyin xeyrin və şərin, küfrün və imanın Allahın qəza və qədəri ilə olduğuna, Allahın Peyğəmbəri (sallallahu aleyhi və səlləm) üçün səhabə olmaları üçün seçdiyi keçmiş Sələfin haqqını etiraf edib qəbul edən, Əbu Bəkr əs-Sıddıq, Ömər İbn Xattab, Osman İbn Əffan, Əli İbn Əbu Talibi (fəzilətdə) irəli keçirən, istər kiçik, istərsə də böyük olsun səhabələrin hamısına rəhmət oxuyan, onların fəzilətindən danışan və aralarında baş verən anlaşılmazlıqları danışmayan, iki bayram namazını, Ərafatda qılınan namazı və cəmaatla qılınan namazları yaxşı və ya günahkar olan hər bir imamın arxasında qılan, Quranı Allahın kəlamı və Onun nazil etdiyi kitab olaraq bilib məxluq olduğunu söyləməyən, imanın–söz, əməl və niyyət olub, sünnətə uyğun hərəkət etmək olduğuna, imanın qəlb və əzaların (əməli) ilə artıb əskildiyini qəbul etmək, cihadın Muhəmmədin

Allah tərəfindən Peyğəmbər olaraq göndərildiyi zamandan etibarən Dəccəl ilə savaşacaq son mömin topluluq gələnə qədər davam edəcəyinə, zalım bir kimsənin zülmünün (buna) zərər verə bilməyəcəyinə, qəbr əzabına, Munkər və Nəkira, Hovuza, şəfaətə, mizana, Cənnət əhlinin Əziz və Cəlil olan Rəblərini görəcəklərinə iman edəndir. Peyğəmbərlərin və Rəsulların gətirdiklərinə iman edərik. Bu xüsusda onlara qarşı misallar gətirmərik.

Əhli Sünnətin xüsusiyyətindən: Allahın kitabını, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hədislərini və səhabələrinin sözlərini qəbul etmək, Fərdi görüşü və qiyası tərk eməkdir. Köhnə (qədim) alimlərimizin üzərində ittifaq etdiklərini gördüyüm budur. Allah bizlərə də,

sizlərə də (doğru yolda olmağı) İstiqamət və Salehlərə qovuşmağı nəsib etsin”. 

 

A.İ.Mubarək, S.İ.Uyeynə və İmam Şəfii

 

Sufyan İbn Uyeynə

-rahmətullahi aleyhi-

Əbu Muhəmməd Sufyan İbn Uyeynə əl-Hiləlidir. Kufəlidir. Şəfii (rahmətullahi aleyhi) deyir ki: “Əgər Məlik və Sufyan olmasaydı, Hicazın elmi yox olardı”. İbn Vəhb (rahmətullahi aleyhi) deyir ki: “İbn Uyeynədən daha çox təfsiri yaxşı bilən bir kimsə tanımıram”. İmam Əhməd (rahmətullahi aleyhi) deyir ki: “İbn Uyeynədən daha çox Sünnəti bilən tanımıram”.

H.198-ci ildə Rəcəb ayının əvvələrində vəfat etmişdir (İbn Həcər “Təhzibut Təhzib” 4/105, Şəzəratuz Zəhəbi” 1/354-355.).

Lələkai (rahmətullahi aleyhi) deyir ki: “Bizə Ubeydullah İbn Muhəmməd İbn ət-Tuci xəbər verdi ki: Bizə Muhəmməd İbn İshaq

İbn Abbad ət-Təmmar dedi ki: Bizə AbdulAziz İbn Muvaiyə dedi ki: Bizə Muhəmməd İbn AbdulCəbbar əs-Suləmi dedi ki: Bizə Bəkr

İbn əl-Fərrac Əbu Ala dedi ki: Mən Sufyan İbn Uyeynənin (rahmətullahi aleyhi) belə dediyini dinlədim: Sünnətə uyğun etiqad

on xüsusdur. Hər kimdə bu on xüsus olarsa o, sünnəti tamamlamış olar. Onlardan bir şeyi tərk edən isə Sünnəti tərk etmiş olar: Qədəri

qəbul etmək, Əbu Bəkr və Öməri hamıdan önə keçirmək, Hovuz, Şəfaət. Mizan və Sıratı qəbul etmək. İman söz və əməldir, Quran

Allahın kəlamıdır, qəbr əzabı və qiyamət günü dirilmək haqdır, heç bir müsəlman haqqında (Cənnətlik və ya Cəhənnəmlik olduğu

barəsində) qəti şəhadət etməyin”. Sufyan İbn Uyeynə, Bişr əl-Mərisinin Quranın məxluq olduğuna dair olan kitabını gördükdə

dedi: “Bu Xristianların sözlərinə nə qədər də bənzəyir”  (İbn Teymiyyə “Şərh Əsbəhaniyyə” s. 65)

 

 

Muhəmməd İbn İdris Əş-Şəfii

-rahmətullahi-aleyhi-

Əsl adı: Əbu Abdullah Muhəmməd İbn İdris İbn əl-Abbas İbn Osman İbn Şəfii İbn əs-Saib İbn Ubeyd İbn Abd Yəzid İbn Hişam İbn

AbdulMuttalib İbn AbdulManaf əl-Qureyşi əl-Məkki. Nəsli Peyğəmbər (sallallahu aleyhi və səlləm) nəsli ilə AbdulMənaf İbn Kusayda birləşməkdədir. İmam Şəfiinin babalarından Səid əl-Muttalibin anası Şifa bint Ərkam İbn Nadlə isə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) babası AbdulMuttalibin qardaşı idi. Bundan başqa Şəfiinin babalarından Şafi İbn Said səhabə olduğu da söylənilir (İbn Teymiyyə “Şərh Əsbəhaniyyə” s. 65).

H.150-ci ildə Qəzada (bəzi rəvayətlərə görə isə: Qəzadan 6 km aralıda yerləşən Əskələndə) dünyaya gəlmiş. Böyük İslam alimlərdən biridir. Məkkədə dövrünün ən məşhur alimləri olan Sufyan İbn Uyeynə, Fudeyl İbn İyad və s. dərs almışdır. İmam Məlikdən (rahmətullahi aleyhi) də dərslər almış və demişdir: "Allahın kitabından sonra ən faydalı kitab Məlik İbn Ənəsin kitabıdır".

H. 204-cü ildə Misirdə dünyasını dəyişmişdir.

***

İmam Şəfii (rahmətullahi aleyhi) deyir ki: “Mənim izlədiyim Sünnət ilə gördüyüm və elm öyrəndiyim yoldaşlarım Sufyan, Məlik və s. Kimsələrin izlədikləri sünnət: Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadəti iqrar etmək, Allahın göydə və Ərşi üzərində olduğuna və dilədiyi şəkildə yaatdıqlarına yaxınlaşdığına, Uca Allahın dünya səmasına dilədiyi şəkildə endiyinə inanmaqdır” (İbn Qeyyim “İctimaul Cuyuşil İslamiyyə” s. 165, İsbatu Sifətul Uluv s. 124, Məcmuul Fətava 4/181-183, Zəhəbi “Uluv” s. 120, “Muxtəsər Uluv” s. 176).

***

İmam Şəfii (rahmətullahi aleyhi) deyir ki: “Uca Allah Quranda, Tövratda və İncildə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabələrini tərif etmişdir. Peyğəmbər də (sallallahu aleyhi və səlləm) onların fəzilət və üstünlüklərindən danışmış və heç

kimsənin onların dərəcəsinə çatması mümkün deyildir. Allahın rəhməti onların üzərinə olsun. Onları sıddıqların, şəhidlərin və

əməlisalehlərin mətrəbəsinə yüksəltmişdir. Onlar vəhyin nazil olmasını görmüş, Rəsulullahın (sallallahu aleyhi və səlləm) sünnətini bizə çatdırmışlar. Onlar Rəsulullahın (sallallahu aleyhi və səlləm) sünnətləri içində bizim bildiyimiz və bilmədiyimiz sünnətləri bilirdilər. Onlar hər cür elimdə, ictihadda, təqvada və ağılda bizdən üstündürlər. Bizim üçün onların görüşləri öz görüşlərimizdən daha üstündür. Doğrusunu Allah bilir!” ( Mənakibuş Şəfii 1/442)

***

İmam Şəfii (rahmətullahi aleyhi) deyir ki: "Mənim Kitabımda Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsinə zidd bir şey tapsanız, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sözünü götürün və mənim sözümü tərk edin. Sünnətə uyun və başqa birisinin sözünə etibar etməyin" (Hərəvi "Zəmmul Kəlam" 3/47/1, Xatib Bağdadi “İhticac Biş Şafii” 8/2, İbn Əsakir 15/9/10, Nəvəvi "Məcmu" 1/163, İbn Qeyyim 2/361, Əbu Nuaym "Hilyə" 9/107).

***

İmam Şəfii (rahmətullahi aleyhi) deyir ki: "Hər hansı bir məsələdə bir söz söyləmiş olsam və Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) buna zidd bir xəbər gəlmişsə, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hədisi daha doğrudur. Məni təqlid etməyin" (İbn Əbu Xatim «Adab» s. 93, İbn Əsakir 15/10/1).

"Sələf imamlarının həyatı"

Toplayan və tərtib edən: K.Hüseyn

Kitabın bütün haqları qorunur. 

25 aprel 2015
GO BACK