Qadin.NET / Sənə möhtacıq, ey Nəbi!

Sənə möhtacıq, ey Nəbi!

Sənə möhtacıq, ey Nəbi!

Bəşəriyyət Sənə möhtac,

Əmrin başımızda tac,

Namazın olub merac,

Adın (s.a.s) dərdlərə dərman

Ey doğması həsrətlə gözlənilən və ilk insandan bəri yolu gözlənilən, Nəbi!

Ey şəfqət və mərhəmət üfüqünə əlçatmaz möhtəşəm görüş!

Ey Hiradan günümüzədək doğan İlahi Rəhmət!

Ey aləmlərin fəxri və süruri!

Günahkar, yolunu itirmiş bəşəriyyət yenidən sənin rəhbərliyin və başçılığı ilə zülmətdən Nura çıxışın, Quranca, Sünnətcə baxışın yolunu göstər. Daralan könüllər rahatlansın, işlər həll olunsun. Ağlayan yetimlər gülsün, məzlumlar sevinsinlər, günahlar silinsin, tənbəllər diksinsin, qəflət pərdəsi açılsın, pislər və pisliklər çəkilsin, fəryadlar dinsin, könüllər inciməsin, zalımlar sevinməsin, Sünnət hakim olsun, könüllərə nur, qəlblərə sevinc dolsun!

Səmavi mesajlar doldursun qulaqlar və qəlbləri. Oraya yerləşsin ki, axan qanlar, işlənən günahlar təmizlənsin. Davalar sülhə, şərlər xeyrə, qaranlıqlar nura çevrilsin.

Sənə möhtacıq, ey Nəbi!

Çünki Sən (s.a.s) bütün dünyanın problemlərini bir qəhvə içilməsi müddəti ərzində həll edə biləcəyin üçün göndərildin. Bəşəriyyətə hidayət rəhbəri kimi göndərildi. Mədəniyyət öyrətdin vəhşilərə, nəzakət dərsi verdin dövrün və dövrlərin dillərinə.

Çünki sənin gətirdiyin Nur ilə görməyənlər belə görür, eşitməyən qulaqlar eşidir, qapalı ürəklər açılır, yolunu azanlar istiqaməti tapır. Çünki sən ən mükəmməl ustad, ən doğru rəhbər olan Quranın tərcüməçisi, ən mükəmməl insan, ən kamil mürşid, ən mükəmməl müəllim, bəşəriyyətin iftixar vəsiləsi oldun.

Sənin gətirdiyin Nura göz yumanlar gündüzləri özlərinə gecə edirlər. Sənə tabe olanlar, sənə oyananlar, gur sədanı eşidənlər, ona tabe olanlar həmişə qazandılar. Sülhə, azadlığa, xoşbəxtliyə çatdılar. Hamı səni andı: yaxşıya, doğruya, əmin-amanlığa, haqqa qanadlandılar. Gözlərini yumanlar güman etdilər ki, bu dünyada əbədi qalacaqlar və aldandılar.

Xoş gəldin aləmimizə, şəfqət gətirdin ürəyimizə, bizi izah etdin bizə. Rəbbi tərif etdin hamımıza. Kainat sarayının sirrini həll etdin, dərs verdin bizə.

Allahın Salam və Salatı olsun kainatın iftixar tablosu Nəbiyə, Onun mübarək sahabələrə və qiyamətə qədər Ona tabe olanlara!!!

14 fevral 2015
GO BACK