Qadin.NET / Novruz bayramının namazı

Novruz bayramının namazı

Əziz xanımlar,bayramınız mübarək olsun.Bildiyiniz kimi Novruz bayramı günü dinimizdə yeni ilin gəlişi qeyd edilir.Bugün müsəlmanların yeni ilidir.Novruz bayramının namazını və duasını təqdim edirəm. ALLAH qəbul eləsin.Namaz 4 rükətdir, 2 -2 qılınır. 

Novruz bayramının namazı

Birinci namazda birinci rükətdə 1 Həmd sonra isə 10 dəfə Qədr surəsi oxunur
rüku səcdə yerinə yetirilir, ikinci rükətə qalxırsız,
ikinci rukətdə 1 Həmd 10 dəfə Kafirun surəsi oxunur
ruku səcdə təşəhhüd və salamlar

ikinci namazda birinci rükətdə 1 Həmd 10 dəfə İxlas
rüku səcdə yerinə yetirilir
ikinci rükətdə 1dəfə Həmd 10 dəfə Fələq surəsi 10 dəfə Nas surəsi oxunur
rüku səcdələr təşəhhüd və salamlar
bütün müsəlmanlar üçün dua edək: 

 

Ya muqəllibəl-qulubi vəl-əbsar. Ya mudəbbirəl-ləyli vən-nəhər, ya muhəvviləl-həvli vəl-əhvəl. Həvvil halina ila əhsənil-hal
Tərcüməsi isə belədir:
Ey qəlblərin hakimi,
Ey gündüzlərin hakimi!
Gecələrin Allahı
Gündüzlərin Allahı,
Ey hal-əhvalları
Düzənləyən İlahi!
Bizə də bir nəzər sal
Ey könüllər pənahı!


ALLAH qə
bul eləsin inşALLAH....

20 mart 2011
GO BACK