Qadin.NET / Qadın haqqında hədislər

Qadın haqqında hədislər

Qadın haqqında hədislər

 

 

Qadınlarla yaxşı dolanmaq
Əbu Hureyrədən (A.o.r.): ”Qadın əyri qabırğa kimidir, onu düzəltməyə çalışsan, sındırsan, ondan faydalanmaq (istəsən) ,faydalana bilərsən.(Çünki) onda əyrilik vardır!”

Abdullah b.Zəmadan (A.o.r.): Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Hər hansı biriniz zövcəsini, köləni qamçıladığı kimi qamçılamasın. Sonra gecələr onunla cinsi əlaqəyə girməyə (üzü) gəlməz”.

Qadınların məscidə getməsi
Səlim,atasından (A.o.r.): Peyğəmbər (s.ə.s.) buyurmuşdur: Sizdən birinizin zövcəsi məscidə getmək istəyərsə,ona qadağan etməsin!”

Nikah gecəsi qadınların gəlin üçün dua etməsi
Aişədən(A.o.r.):Allah Elçisi (s.ə.s.) mənimlə evləndi.Anam məni (onun) evinə gətirib getdi.Bir də baxıb gördüm ki,ənsarlardan bir qrup qadın belə deyirdilər “Xeyirli, bərəkətli (uğurla, mübarək) olsun! Bəxtəvərlik və uğurlar!”

Qadının pişiyə görə Cənnətə düşməsi
İbn Ömərdən (A.o.r.): Peyğəmbər (s.ə.s.) buyurmuşdur: Bir qadın bağladığı (həbs etdiyi) bir pişikdən ötürü Cəhənnəmə girir.Çünki o,nə onu yedirmiiş və nə də yerdə olan həşəratlardan yeməsi üçün onu sərbəs biraxmışdır”.

 

15 aprel 2011
GO BACK