Qadin.NET / Hədislər

Hədislər


  1. 1. Həzrəti Muhəmməd (s) buyurub: Həqiqətən, Allahın öz bəndəsinin tövbə etməsinin sevinci uşağı olmayanın uşağı olduqda, bir şey itirən kəsin itirdiyini tapdıqda və susuz şəxsin su tapan zaman duyduğu sevincdən çoxdur.

  2. 2. İmam Əli (ə) buyurub: Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah bəndələrini öz qəzəb və əzabından saxlamaq və öz Cənnətinə tərəf  sövq etmək məqsədi ilə Ona itaət edənlər üçün savab və mükafat, Ona itaətsizlik edənlər üçün isə cəza müəyyənləşdirdi.

  3. 3. İmam Rza (ə) buyurub: Kim sağlam, həmçinin arıq və çevik bədən sahibi olmaq istəyirsə axşam yeməyini azaltsın.

  4. 4. İmam həsən Əskəri (ə) buyurub: Allah həmin o varlıqdır ki, bütün yaradılmışlar ehtiyac və çətinliklər zamanı, həmçinin Ondan başqa hər bir şeydən ümüdini kəsən vaxt Ona pənah aparır.

  5. 5. İmam Əli (ə) buyurub: Mübahisə etməkdən çəkinin. Çünki, mübahisə insana şəkk və tərəddüd gətirər.

  6. 6. İmam Əli (ə) buyurub: Yoxsullar ilə otur ki, Allaha şükr etməyin artsın.

  7. 7. Həzrəti Muhəmməd (s) buyurub: Öz nəfsi istəklərinizlə mübarizə aparın ki, qəlblərinizi hikmət bürüsün.

  8. 8. İmam Sadiq (ə) buyurub: Mömin dünyadan kənar duran zaman ali məqama yüksələr, Allah məhəbbətinin şirinliyini dadar və dünyapərəstlərin nəzərində divanə kimi tanınar. Halbuki, Allah məhəbbətinin şirinliyi onların vücudu ilə qarışmışdır və buna görə qəlblərini Allahdan başqa heç bir şeyə bağlamamışlar.

  9. 9. Həzrəti Muhəmməd (s) buyurub: Dünya məhəbbəti ilə Allah məhəbbəti heç vaxt bir qəlbdə cəm ola bilməz.

  10. 10. İmam Baqir (ə) buyurub: Dünya hərisi olan kimsənin hekayəti barama qurdunun hekayətidir. Öz üzərinə nə qədər çox ipək toxuyursa, bir o qədər onun pilədən çıxmaq imkanı azalar və nəticədə qəm qüssədən ölər.
11 aprel 2011
GO BACK