Qadin.NET / Hz. Fatimə (s.ə) nın cavabları

Hz. Fatimə (s.ə) nın cavabları

1) Adamın biri xanımını Hz. Fatiməyə (ə.s.) göndərərək "Get Rəsulullahın qızından soruş ki, görəsən mən sizin tərəfdarlarınızdanammı? dedi. Qadın Hz. Fatiməyə gəlib soruşduqda, belə buyurdu: "Əgər bizim əmr etdiklərimizə əməl edib, nəhy etdiklərimizdən qaçınırsa, bəli bizim tərəfdarlarımızdan sayılar, yoxsa deyil."
Qadın dönüb ərinə eynilə cavabı köçürdü. Bu cavabı eşidən əri: "Əfsus!" dedi, kimdir günahdan, səhvlərdən tamamilə uzaq qala bilən? O halda mən əbədi olaraq atəşdə qalacağam. Qadın təkrar Hz. Fatiməyə (s.ə) dönüb ərinin bu reaksiyasını bildirərkən  Hz. Fatimə (s.ə) bu səfər bu cavabı verdi: "Ərinə söylə ki zənn etdiyi kimi də deyil. Bizim gerçək   tərəfdarlarımız cənnətin ən seçmələrindəndir. Ancaq bizi sevib də hər əmr və nəhyimizə uyğun gəlməyənlər, onlar bizim gerçək tərəfdarlarımız deyildirlər, lakin bununla birlikdə yenə də təmizləndikdən sonra cənnətə girəcəklər. Belə ki, başlarına gələn çətinlik və bəlalarla günahları təmizlənər. Bunlarla da təmizlənib bitməzsə, Qiyamət və məhşər günü arasındakı çətinlik və çətinliklərlə təmizlənərlər, bununla da bitməzsə bu səfər cəhənnəmin üst təbəqəsində əzablanaraq təmizlənər və  Allah bizim söhbətimiz hörmətinə onları cəhənnəmdən qurtarar yaxud biz onları öz yanımıza apararıq."


2) Bir qadın, Hz. Fatimənin (s.ə) yanına gəlib belə dedi: "Mənim zəif bir anam vardır. Onun namazıyla əlaqədar sualları vardır. Cavablarını sizdən öyrənməm üçün məni bura göndərdi." Hz. Fatimə (s.ə) onun bir sualını cavablandırdı. O başqa bir sual soruşdu. Hz. Fatimə (ə.s) onu da cavablandırdı. Beləcə on suala qədər soruşdu və cavablarını aldı. Bunun üzərinə çox sual soruşduğu üçün utanaraq belə dedi: "Sizə çox zəhmət vermiş olmayım, ey Allahın Rəsulunun qızı." Hz. Fatimə (s.ə) belə buyurdu: "Nə qədər sualın varsa, heç çəkinmədən soruş. Görəsən bir adam, ağır bir yükü, bir gün boyunca, bir damın üzərinə çıxarmaq üçün min dayanar qarşılığında kirayəyə götürülsə, bu iş ona çətin gəlirmi?" O qadın xeyr dedi. Hz. Fatimə (s.ə) belə davam etdi: "Elə isə bilməlisən ki mən sənin hər sualının cavabını vermək qarşılığında, yerlə Ərşin arasını dolduracaq incidən daha çox bir mükafatla qarşılaşacağım üçün, bu iş mənə çətin gəlməməlidir.

29 mart 2011
GO BACK