Qadin.NET / Qədər(Alın yazısı) həqiqəti

Qədər(Alın yazısı) həqiqəti

Qədər(Alın yazısı) həqiqəti
ABŞ-ın Kaliforniya Universitetinin neyrofizioloqlarından olan professor Benjamin Libet 1973-cü ildə apardığı təcrübələr nəticəsində bütün qərar və seçimlərimizin əvvəlcədən müəyyənləşdirildiyini, şüurun isə hər şey baş verib qurtarandan yarım saniyə sonra hərəkətə gəldiyini ortaya qoydu. Başqa neyrofizioloqlar bu halı həmişə keçmişdə yaşadığımız və şüurumuzun bütün baş verənləri yarım saniyədən sonra göstərən bir monitor kimi olduğu şəkildə şərh edir.
Dolayısı ilə dərk etdiyimiz təcrübələrin heç biri həqiqi zamanda deyil, lakin gerçək hadisələrdən yarım saniyə qədər gecikir. B. Libert öz tədqiqatlarını beyin əməliyyatlarının narkoz verilməmişdən, yəni xəstənin şüuru tamamilə yerində ikən aparıla bilməsindən faydalanaraq həyata keçirmişdi. B. Libet üzərində təcrübə apardığı adamların beynini aşağı səviyyəli elektrik cərəyanı ilə xəbərdar edərək əllərinə toxunulduğu dərki meydana gətirərərkən, həmin adamlar bu "toxunuşu" hardasa yarım saniyə əvvəl hiss etdiklərini söyləyirdi. B. Libet apardığı ölçmələrin köməyi ilə belə bir nəticəyə gəlmişdi; "Adi halda bütün dərklər beyinə çatdırılır. Burada şüur altında dəyərləndirilib şərh edilərkən mən(lik) heç bir şeyin fərqində deyil. Zehnimizdə canlanan, yəni fərqinə vara bildiyimiz məlumatlar isə xeyli uzun bir gecikmədən sonra korteksə - şüurun olduğu bölgəyə göndərilir."
Ortaya çıxan nəticəni belə xülasə etmək olar: Bir əzələ hərəkətini həyata keçirmək qərarı həmin qərarın şüuruna varmazdan əvvəl gerçəkləşir. Həmişə nevroloji, ya da idraki bir müddətlə bizim onu təmsil edən düşüncənin, hissin, idrakın, ya da hərəkətin şüurunda olmağımız arasında bir gecikmə var. Başqa sözlə, biz ancaq bir qərar alınandan sonra həmin qərarın şüurunda ola bilərik.
Professor B. Libertin təcrübələrində bu gecikmə 350 millisaniyə ilə 500 millisaniyə arasında dəyişir, lakin ortaya çıxan nəticə bu rəqəmlərdəki dəqiqliklə bağlı deyil. Çünki B. Libetə görə, bu gecikmə olduğu müddətdə-nə qədər böyük, ya da kiçik olmasından asılı olmayaraq, bir saat, ya da mikrosaniyə nəzərə alınmadan-bizim maddi olan bu anı yaşamağımız həmişə keçmişdədir. Bu isə hər fikrin, hissin, idrakın, ya da hərəkətin biz bunu qavramadan əvvəl gerçəkləşdiyini göstərir ki, bu da gələcəyin tamamilə bizim nəzarətimizdən kənarda olduğunu sübut edir.
Qədər(Alın yazısı) həqiqəti
Professor B. Libet başqa təcrübələrində barmaqlarını nə vaxt hərəkət etdirəcəklərini seçməyi üzərində təcrübə apardığı adamların öz öhdəsinə buraxmışdı. Barmaqlarını hərəkət etdirmək anı beyinlərindən izlənən adamların bu qərarı verməzdən əvvəl əlaqəli beyin hüceyrələrinin fəaliyyətə keçdiyi görülüb. Başqa sözlə insana "et" əmri gəlir, hərəkəti etmək üzrə beyin hazırlanır" adam isə ancaq 0.5 saniyə sonra bunun şüuruna varır. Bu, bir hərəkəti etməyə qərar verib sonra etmək deyil, özü üçün əvvəlcədən müəyyən edilən hərəkətləri etmək mənasına gəlir. Lakin beyin müəyyən bir zaman tənzimləməsi apararaq insanın əslində keçmişdə yaşadığı hissi aradan qaldırır. Dolayısı ilə "bu an" deyəndə keçmişdə müəyyən edilmiş bir hadisəni yaşayırıq. Göründüyü kimi bu çalışmalar "İnsan" surəsinin 30-cu ayəsində bildirildiyi kimi, hər şeyin Allahın istəməsi ilə gerçəkləşdiyini təsdiq edir.
Qədər Gerçəyinin Elmi Sübutu
Bir atom zərrəciyi harada və hansı sürətdə hərəkət edəcəyini 43 saniyə əvvəldən təsbit edən bir model inkişaf etdirən Hollandiyalı fizik Hooft, qədərin varlığını elmi olaraq sübut etdi.
Bu mövzunu ələ alan bir araşdırmanın son dərəcə təəccüblü elmi nəticələri Amerikanın bütün dünyada məşhur olan elmi jurnal New Scientistdə yayımlandı. Nobel mükafatlı Gerard Hooftun yeni nəticələndirdiyi 10 illik araşdırma, qədər anlayışını konkret və elmi dəlillərlə ortaya qoydu və elm dünyasında çox böyük əks-səda oyandırdı. Araşdırmanın bir başqa diqqət çəkici xüsusiyyəti isə qədər anlayışına qarşı çıxan elm adamlarının bu günə qədər dayaq göstərdiyi nəzəriyyəni çürütməsi idi.
Qədər(Alın yazısı) həqiqəti
Araşdırma daxilində Hooft "Bir zərrəciyin harada və hansı sürətlə hərəkət etdiyini" eyni anda təsbit etmə imkanı təmin edən bir model inkişaf etdirdi. Hooft bir atomun 43 saniyə sonra necə hərəkət edəcəyini əvvəldən bilməyə nail oldu.
New Scientist tərəfindən dünyanın ən yaxşı riyaziyyatçıları arasında göstərilən John Conway ilə Simon Kochen araşdırmanı "azad iradə" anlayışının ölümü olaraq şərh edirlər. Princeton Universitetində işləyən Conway belə deyir:
"Əgər Hooft kimi bir insan atomun mövqeyini və hərəkətini eyni anda təsbit edə bilirsə, üstün zəkaya sahib olan bir varlıq kainatdakı bütün zərrəciklərin qarşılıqlı təsirini izləyə bilər. Bir başqa sözlə azad iradəmizlə etdiyimiz seçkilərin gililiyinin ardında təyin edici bir nizam var."
Kochen isə mövzunu belə bir örnəklə izah edir:
"Önünüzə bir dilim şokoladlı, bir dilim çiyələkli keks gətirildiyini düşünün. Şokoladlı keksi yeməyə başladığınız zaman bunun öz seçiminiz olduğunu düşünürsünüz. Halbuki şokoladlı keksi yeməyiniz onsuz da müəyyən idi. Biz azad olduğumuzu düşünürük. Əgər Hooftun modeli səhv deyilsə azadlığımız məhdud bir illüziyadan ibarət ola bilər."
(Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! (Yunus surəsi, 61)
Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! (Hədid surəsi, 22)
19 yanvar 2015
GO BACK