1 İmam Əli (ə) buyurub: Allahın mənası yaradılmışların mat-məəttəl, heyran qaldıqları və pənah aparılan məbuddur. Allah gözlərin görə bilmədiyi, xəyal və təsəvvürlərdən uzaq olan varlıqdır.
2 İmam Əli (ə) buyurub: Puç və batil arzudan çəkinin. Çünki, çoxları sabahın arzusunda olub, amma sabaha çıxa bilməyib və çoxlarına gecənin əvvəlində qibtə edir, lakin axırında onun halına ağlayırlar.
3 Həzrəti Muhəmməd (s) buyurub: Mənim ümmətimin ən yaxşıları onların dünyaya daha etinasızları və axirətə daha çox can atanları, axirət arzusunda olanlarıdır.
4 Həzrəti Muhəmməd (s) buyurub: Mənim ümmətimin ən yaxşısı cavanlığını Allaha itaətdə keçirmiş, öz nəfsini dünyanın ləzzətlərindən saxlayan və axirətdə ürək bağlayan kəsdir. Həqiqətən, Allahın verəcəyi mükafat Cənnətin ən yüksək dərəcələridir.
5 Həzrəti Muhəmməd (s) buyurub: Cənnətdə yüz iyirmi cərgə var ki, onun səksən cərgəsi mənim ümmətimdir.
6 Həzrəti Muhəmməd buyurub: Fatimə (e.s) mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir.
7 Həzrəti Muhəmməd (s) buyurub: 4 şey var ki, onlardan hansı biri evə daxil olsa onu viran edər və bərəkətlə abadlaşmaz: Xəyanət, oğurluq, şərab içmək və zina.
8 Imam Sadiq (ə) buyurub: Peyğəmbər (s) məclisdən qalxan zaman, hətta orada az oturmuş olsaydı belə iyirmi beş dəfə istiğfar edib Allahdan bağışlanmasını dilərdi.
9 Həzrəti Muhammad (s) buyurub: Ey Əli! İnsanlar yeddi gündən bir özlərini yumalıdır. Buna görə də, hətta onun suyunu tədarük görmək üçün gününün yeməyini satıb ac qalmalı olsan belə hər cümə qüsl et! Çünki, cümə qüslundan üstün olan bir müstəhəb əməl yoxdur.
10 Həzrəti Muhammad (s) buyurub: Mömin kişiyə verilmiş ən yaxşı şey gözəl əxlaqdır. İnsana verilmiş ən pis şey isə gözəl üzdə pis qəlbin olmasıdır.