Qadin.NET / İmanın əsasları-27

İmanın əsasları-27

 

İmanın əsasları-27

 

Peəmbərlərin möcüzələri və onlarla övliyaların kəraməti arasındakı fərq

Mözənin tərifi 

Möcüzə sözü acizlik sözündən əmələ gəlmiş və "qadir olmamaq" mənasını ifadə edir. Əl-Qamus əsərində bildirilir: “Peyğəmbərin möcüzələri insanların onları etməkdə aciz olduqları şeylərə deyilir.”

İstilahi mənada isə möcüzə, peyğəmbərlərin əli ilə onların sadiq olduqlarının sübutu olaraq baş verən fövqəladə hadisələrə deyilir. Hə- min hadisələrin bənzərini heç kəs edə bilməz.

Fövqəladə” deyildikdə  peyğəmbərlərin adi halda etdikləri əməlr istisna olunur. Bu kimi əməllər möcüzə sayılmır. “Peyğəmbərlərin əli ilə baş verən” deyildikdə övliyaların əli ilə baş verən fövqəladə əməllər istisna olunur. Belə ki, övliyaların əli ilə baş verən fövqəladə əməllər kəramət adlanır. Bu da onlara, peyğəmbərlərin yolunu tutub getdiklərinə görə verilir. Sehrbaz və kahinlərin etdiyi əməllər isə, əlbəttə ki, buna aid edilmir və bunların etdikləri şarlatanlıq sayılır. Bununla da ən pis insanlar məşğul olurlar.

“Onların sadiq olduqlarının sübutu olaraq baş verən fövqəladə hadisələrə deyilir. Həmin hadisələrin bənzərini heç kəs edə bilməz” deyildikdə peyğəmbərlik iddiasında olan yalançılar, sehrbazlar və kahinlərin etdiyi əməllər istisna olunur. Çünki bu cür sehrlərin bənzərini digər sehrbazlar da edə bilir.

Peyğəmbərlərin bəzi möcüzələrinə misallar

Peyğəmbərlərin bir çox möcüzələri olmuşdur. Məsələn, Saleh peyğəmbərdən müşriklər özlərinin təyin etdiyi bir qayadan dəvə çıxarmasını istəmiş hətta sonradan həmin dəvəni vəsf də etmişdilər. Saleh də Uca Allaha dua edərək bunu Ondan istəmişdi. Uca Allah da həmin qayadan onların istədikləri xüsusiyyətlərə malik bir dəvəni çıxarmışdı("Təfsir İbn Kəsir", 3/436) Uca Allah bu barədə buyurur: “Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq-aydın dəlillər gəldi. Allahın qayadan çıxartdığı bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Onu buraxın Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar” (əl-Əraf, 73).

İbrahim peyğəmbərin u möcüzəsi isə qövmünün ona əzab vermək və onu məhv etmək məqsədilə qaladıqları, sonra da içinə atdıqları odun onun üçün soyuq və salamat olmasıdır. Uca Allah buyurur:“Onlar dedilər: “Əgər ondan əvəz çıxmaq istəyirsinizsə, onu yandırın ki, məbudlarınıza kömək edəsiniz”. Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!”–dedik. Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq” (əl-Ənbiya, 68-70).

 

İmanın əsasları-27

 

Musa peyğəmbərin (ə) möcüzələrindən biri onun əsası idi. O, əsanı yerə atdıqda, əsa Allahın izni ilə böyük bir ilana çevrilirdi. Uca Allah buyurur: “Sağ əlindəki nədir, ey Musa?” Musa dedi: “Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarıyır”. Allah buyurdu: “At onu yerə, ey Musa!” Musa onu yerə atdı və o, dərhal ilan olub sürətlə sürünməyə  başladı. Allah buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq” (Ta ha, 17-21). Onun digər bir möcüzəsi isə əlini köynəyinin yaxasına salıb çıxardıqda əlinin ay parçası tək par-par parıldaması idi. Uca Allah buyurur: “Əlini qoynuna sal ki, əlin oradan başqa bir möcüzə kimi ləkəsiz, ağappaq çıxsın” (Ta ha, 22).

İsa peyğəmbərin (ə) möcüzəsi isə bu idi ki, o palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürdükdə o əsl quşa dönürdü. Bundan başqa o kor və cüzam xəstəliyinə mübtəla olana Allahın izni ilə əlini sürtər, o da sağalardı, qəbirdəki ölüləri çağırar, onlar da onun çağırışına cavab verər və dirilərdilər. Uca Allah buyurur: “Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin(əl-Maidə, 110).

Peyğəmbərimizin (s.a.s) möcüzələrinn biri də əzəmətli Qurandır ki, bu da bütün peyğəmbərlərə verilmiş möcüzələrin ən əzəmətlisidir. Uca Allah buyurur: “Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!” (əl-Bəqərə, 23). O, həmçinin buyurur: “De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplaşıb, bir-birinə kömək etsələr belə ona bənzərini gətirə bilməzlər” (əl-İsra, 88). Onun daha bir mö- cüzəsi Məkkə əhlinin ondan möcüzə göstərməsini istədiyi zaman ayı iki yerə bölməsi idi. O zaman ay iki yerə bölünmüş, həm Məkkə əhli, həm də başqaları bunu görmüşdülər. Uca Allah buyurur: “Qiyamət və ay bölündü. Onlar bir möcüzə gördükdə üz döndərib: “Bu, tez keçib-gedən bir sehrdir” deyirlər” (əl-Qəmər, 1-2). Peyğəmbərin (s.a.s) bir başqa möcüzəsi də İsra və Merac hadisəsi idi. Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini Peyğəmbərə göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir” (əl-İsra, 1).

Peyğəmbərlərin, ələlxüsus da Peyğəmbərimizin (s.a.s) möcüzəri çoxdur. Burada qeyd etdiklərimiz isə onlardan bir neçəsidir.

Kəramətin tərifi

Kəramət peyğəmbərlik iddiası və buna yaxın bir əlaqəsi olmayan, yaxşı işlər görən dürüst əqidəli, əməlisaleh bir möminin əli ilə baş verən fövqəladə hadisəyə deyilir. “Fövqəladə” deyildikdə adi insanın edə biləcəyi əməllər istisna olunur.

Peyğəmbərlik iddiasın olmayan” deyildikdə peyğəmbərlərin möcüzələri istisna olunur, “buna yaxın bir əlaqəsi olmayan” deyildikdə İrhas istisna olunur. İrhas peyğəmbər olacaq şəxsin peyğəmbərlikdən öncə başına gələn fövqəladə hadisəyə deyilir. “Əməlisaleh bir kəsin əli ilə baş verir” dedikdə sehrbaz və ka- hinlərin etdikləri əməllər istisna olunur.

Övliyaların kəramətləri çoxdur. Onlardan bəzilərinin keçmiş ümmətlərdə olması xəbər verilir. Buna misal olaraq Məryəm haqqında nazil olmuş ayəni göstərmək olar. Uca Allah buyurur: “Zəkəriyya hər dəfə onun yanına ibadətgaha daxil olduqda onun yanında ruzi olduğunu görərdi. O dedi: “Ey Məryəm! Bu, sənin üçün haradandır?” Məryəm dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir” (Ali İmran, 37).

Uca Allahın Mağara camaatı barəsində verdiyi xəbərlər də bu qəbildəndir.

Ümmətimizdən olan kəramətlərə misal olaraq Useyd ibn Hudeyrin (r.a) əhvalatını göstərmək olar. Rəvayət olunur ki, o, "əl-Kəhf" surəsini oxuduqda göydən buluda bənzər bir şey, içində də qəndilə bənzər məxluqlar olurdu. Bunlar Quranın oxunuşuna qulaq asmaq üçün enən mələklər idi. Həmçinin, mələklər İmran ibn Husaynla (r.a) salamlardılar. Salman və Əbu Dərda (r.a) qabdan yemək yeyərkən həmin qab və ya onun içindəki yemək Allahı zikr etmişdir. Xəbib ibn Ədiy (r.a) Məkkədə müşriklərin əlində əsir olarkən Allah onu şərəfləndirər və ona vaxtaşırı üzüm gətirilərdi. Halbuki, Məkkədə o zaman üzüm yox idi.

Əla əl-Hədrəmi öz ordusu ilə birlikdə dənizin üstü ilə yerimiş və  onların atlarının yəhərlərin su  dəyməmişdir. Əbu  Muslim əl-Xövlani peyğəmbərlik iddiasında olan Əsvəd əl-Ənsiyə əsir düşdükdə Əsvəd ondan soruşmuşdu: “Mənim Allahın rəsulu olmağıma şahidlik edirsənmi?” Əbu Muslim: “Eşitmirəm”–demişdir. Soruşmuşdu: “Muhəmmədin Allahın elçisi olmasına şahidlik edirsənmi?” O: “Bəli!”– deyə cavab verdikdə Əsvəd əmr etmişdi ki, bir çuxurda od qalasınlar və onu həmin odun içinə atsınlar. Əsvədin əlaltıları onu oda atdıqdan sonra gəlib görmüşdülər ki, o orada namaz qılır və od ona təsir etməyib. Tarixdə bu kimi bir çox hadisələrin baş verməsi

bizlərə müxtəlif kitablar vasitəsilə nəql olunmuşdur.

Möcüzə ilə kəramət arasındakı fərq

Möcüzə yalnız peyğəmbərlərin əli ilə baş verir. Kəraməti edən kəs isə əsla peyğəmbərlik iddiasında olmur. O, peyğəmbərə tabe olduğuna və onun gətirdiyi şəriətə əməl etdiyinə görə onun əli ilə bu kəramət baş verir. Möcüzə peyğəmbərlərə, kəramət isə övliyalara məxsusdur. Lakin bunların hər ikisinin fövqəladə hadisə olması onların birgə xüsusiyyətidir.

Bəzi alimlər demişlər ki, övliyaların kəraməti əslində elə peyğəmbərlərin möcüzələrinə aidir. Çünki onlar peyğəmbərlərə tabe olduqları üçün bunu edə bilmişlər. Demək, övliyanın etdiyi hər bir kəramət onun tabe olduğu peyğəmbərlərin möcüzələrindən hesab olunur.

Beləliklə, aydın olur ki, möcüzə və kəramət sözləri, Quran və Sünnədə varid olmasa da, lakin alimlər ayə və hədislərdən çıxan mənalara görə o hadisələrə bu adları vermişlər.

 

İmanın əsasları-27

 

Möcüzə və kəramətlərə iman gətirməyin hökmü

 Peyğəmbərlərin möcüzələrinə və övliyaların kəramətinə iman gətirmək imanın əsaslarından sayılır. Buna da Quran, Sünnə və reallıq dəlildir. Odur ki, hər bir müsəlmanın bunun səhihliyinə etiqad etməsi vacibdir. Bunları yalan sayaraq inkar etmək isə əslində ayə və hədisləri inkar etmək, müsəlman alimlərinə zidd mövqedə olmaq və real faktları danmaqdan başqa bir şey deyildir. Daha doğrusunu isə Allah bilir. 

Övliyalar barədə

Vəli və İslamda vilayət sözünün mənası

"Vilayət" sözü ərəbcə "ədavət" sözünün əksi olub dostluq mənasını ifadə edir. Bu söz əsasən yaxınlıq və sevgi sözlərindən qaynaqlanır. Ədavət isə uzaqlıq və nifrət sözlərindən götürülmüşdür. İstilahi mənada isə "vilayət" Allaha itaət etməklə Ona yaxın olmaq deməkdir.

İstilahi mənada "vəli" isə iki xüsusiyyəti–imanı və təqvanı özündə birləşdirən kimsəyə deyilir. Uca Allah buyurur: “Həqiqətən, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və Allahdan qorxmuşlar” (Yunus, 62-63).

Övliyalar arasındakı fərq

Övliyalar mömin və müttəqi olduqları üçün imanlarına və təqvalarına görə Allah yanında da müxtəlif məqamlarda yaxın olurlar. İmanı və təqvası daha kamil olanlar, Allaha daha çox yaxın olurlar. Odur ki, insanlar imanlarına və təqvalarına görə vilayət xüsusunda bir-birlərindən fərqlənirlər.

Allahın ən üstün övliyaları Onun peyğəmbərləridir. Peyğəmbərlərinin ən fəzilətlisi isə rəsullardır. Rəsulların da ən əfzəli Ulul-əzm peyğəmbərlərdir. Bunlar–Nuh, İbrahim, Musa, İsa və Muhəmməddir (Onlara Allahın salavatı və salamı olsun!). Ulul-Əzm peyğəmbərlərin ən üstünü isə Muhəmməd peyğəmbər (s.a.s), sonra da İbrahim peyğəmbərdir (ə). Digər üç peyğəmbərin hansının daha əfzəl olması barədə isə alimlər arasında fikir ayrılığı vardır.

Övliyaların qisimləri

Allahın övliyaları iki qismdir:

Birinci qisim: Dində hamını ötüb keçmiş Allaha yaxın olanlar.

İkinci qisim: Sağ tərəf sahibləri.

Uca Allah buyurur: “Vaqiə qopacağı zaman onun qopduğunu heç kəs dana bilməz. O, bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır. Yer şiddətlə titrədiyi zaman, Dağlar parça-parça olub ovxalandığı və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman, siz üç dəstəyə ayrılacaqsınız. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri! Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri! Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər! Onlar Allaha yaxın olanlar, Nəim bağlarında qalacaq kimsələrdir” (əl-Vaqiə, 1-12).

Burada üç sinif insan qeyd olunur. Bunlardan biri, yəni sol tərəf sahibləri Cəhənnəmlik, digəri ikisi isə Cənnətlikdir. Bunlar da sağ tərəf sahibləri və bir də yaxşı işlərdə hamını ötüb keçən kimsələr. Vaqiə surəsinin sonunda Uca Allah onları bir daha qeyd edərək buyurur: “Amma əgər o, Allaha yaxın olanlardandırsa, onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər. Əgər o, sağ tərəf sahiblərindəndirsə, ona: “Sağ tərəf sahiblərindən sənə salam olsun!”–deyiləcəkdir” (əl-Vaqiə, 88-91). Peyğəmbər (s.a.s) bu iki qismi övliyalarla bağlı olan məşhur qüdsi bir hədisdə qeyd etmişdir. Buxarinin Əbu Hureyradan (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.a.s) belə demişdir: “Uca Allah buyurur: “Kim Mənim dostumla düşmənçilik edərsə, Mən ona hərb elan edərəm. Qulumun Mənə sevimli olan və onun vasitəsilə Mənə yaxınlaşdığı ən gözəl əməl ona vacib buyurduğum əməllərdir. Qulum nafilə ibadətləri yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Onu sevdiyim təqdirdə onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən diləsə, ona dilədiyini verərəm, sığınacaq istəsə, ona sığınacaq verərəm...” ("Səhih əl-Buxari", 6502)

 

Sağ tərəf sahibləri olan əməlisaleh insanlar fərz buyrulmuş əməlləri yerinə yetirməklə Allaha yaxınlaşan kimsələrdir. Onlar Allahn onlara vacib buyurduqlarını yerinə yetirir və haram buyurduqlarını isə tərk edirlər. Onlar nə müstəhəb sayılan nafilə ibadətlərini yerinə yetirməyi öz öhdələrinə götürür, nə də mübah sayılan (özlərinə nə günah, nə də savab qazandıran) əməlləri tərk edirlər. Öndə gedən, Allaha yaxınlaşan əməlisalehlərə gəlincə, onlar fərz buyrulanlarla yanı nafilə ibadələrini yerinə yetirməklə Uca Allaha yaxınlaşır, vacib

və müstəhəb əməlləri yerinə yetirir, haram və məkruh buyrulanları isə tərk edirlər. Onlar əllərindən gələn yaxşı işləri görüb Allaha yaxınlaşdıqlarına görə Allah da onları tam bir sevgi ilə sevir, onları günahlardan qoruyur və onların dualarını qəbul edir. Uca Allah qüdsi

hədisdə belə buyurur: “Qulum nafilə ibadətləri yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm...” ("Səhih əl-Buxari", 6502).

Övliyalar müəyyən bir libas və ya zahiri görünüşlə başqa insanlardan seçilmirlər. Əhli-Sünnə alimlərinin rəyinə görə Allaha yaxın olan övliyalar nə libasları, nə də zahiri görünüşləri ilə digər insanlardan seçilmirlər. Övliyalar haqqında kitab yazan müəlliflərdən biri demişdir: “Allah dostları zahirən, mübah sayılan işlərdə digər insanlardan seçilmirlər. Onlar nə mübah sayılan xüsusi bir libası geyməklə, nə də şəriətin icazə verdiyi qaydada saçlarını qırxmaq, yaxud qısaltmaq, yaxud  da  hörməklə digər insanlardan fərqlənmirlər. Yaxşı deyiblər: “Nə çox abid insan var ki, kaftan (uzunətəkli qədim kəndli paltarı) geyir və nə çox zındıq (Allahı inkar edən dinsiz adam) var ki, əbada gəzir.” Bidət əhli xaric olmaqla onlar Muhəmməd ümmətinin hər bir təbəqəsində mövcuddurlar–Quran əhlində, elm əhlində, cihad əhli arasında, ticarət, sənaye və əkinçiliklə məşğul olanlar arasında belə vardır.” 

Onları ifrat dərəcədə ucaltmağın batil olması

Allahın övliyaları nə məsumdurlar, nə qeybi bilirlər, nə də ki məxluqatın işlərini səhmana salmağa və onlara ruzi verməyə qadirdilər. Onlar insanları özlərinə təzim etməyə və ya var-dövlətlərindən onlara verməyə çağırmırlar. Belə əməlləri edən şəxs Allahın dostu yox, yalançı, iftiraçı və şeytanın dostu sayılır. Daha doğrusunu isə Allah bilir.

Saleh əs-Suheymi

Abdur-Rəzzaq əl-Bədr

İbrahim ər-Ruheyli

"Quran və Sünnə işığında İslamın əsasları"

3 fevral 2015
GO BACK