Qadin.NET / İmanın əsasları-23

İmanın əsasları-23

İmanın əsasları-23

Bizim peyğəmbərlər qarşısında borcumuz

Müsəlman olan hər kəsin boynunda peyğəmbərlərin vacib haqları vardır. Bu ona görədir ki, Allah peyğəmbərləri dində yüksək məqamlara çatdırmış və Öz yanında onların hörmətini uca tutmuşdur. Üstəlik bu peyğəmbərləri əvəzolunmaz bir missiya ilə şərəfləndirmiş və Öz vəhyini və şəriət qayda-qanunlarını digər insanlara çatdırmaq üçün onları seçmişdir. Həmin haqlardan bəziləri aşağıdakılardır:

1. Onların hamısının peyğəmbər olmalarını, Allah tərəfindən göndərilmələrini, Allahın əmrlərini təbliğ etdiklərini təsdiq etmək və bu xüsusda onların arasında fərq qoymamaq. Uca Allah buyurur: “Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik” (ən-Nisa, 64). O, həmçinin buyurur: “Allaha itaət edin, Onun Elçisinə itaət edin və asi olmaqdan çəkinin! Əgər üz çevirsəniz, bilin ki, Elçimizin öhdəsinə düşən ancaq açıq-aydın təbliğ etməkdir” (əl-Maidə, 92). Həmçinin buyurur: “Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: “Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!”–deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər, məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq” (ən-Nisa, 150, 151). Beləliklə, peyğəmbərlərin gətirdikləri risalələrə iman gətirmək onlara olan imanın bir hissəsi sayılır.

Onu da qeyd edək ki, Muhəmmədin (s.a.s) göndərilməsindən sonra hər hansı bir insanın və ya cinin öncəki peyğəmbərlərin dediklərinə tabe olması yolverilməzdir. Belə ki, Muhəmmədin (s.a.s) gətirdiyi şəriət öncəki şəriətlərin hamısının hökmünü qüvvədən salmışdır. Odur ki, ondan başqa bir peyğəmbərə tabe olmaq caiz deyil. Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar” (Ali İmran, 85). Həm- çinin buyurur: “Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər kimi göndərdik. Lakin insanların çoxu bunu bilmir(Səba, 28). Həmçinin buyurur: “De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm” (əl-Əraf, 158).

2. Bütün peyğəmbərləri dost tutmaq, onları sevmək, onlara qarşı kin və ədavət hissləri keçirməkdən həzər etmək gərəkdir. Uca Allah buyurur: “Kim Allahı, Onun Elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir” (əl- Maidə, 56). O, həmçinin buyurur: “Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır” (ət-Tövbə, 71). Bu ayədə Uca Allah möminlərin bir-birinin dostu olduqlarını bildirir. Belə olduğu halda ən kamil imana malik olan peyğəmbərləri dost seçmək daha məqsədəuyğundur. Onlar yüksək məqam sahibi olduqlarından dolayı möminlərin qəlbində onlar üçün xüsusi bir sevgi vardır. Buna görə də Uca Allah insanları Allaha, mələklərinə və peyğəmbərlərinə qarşı düşmən mövqe nümayiş etdirməkdən çəkindirərək buyurur: “Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir” (əl-Bəqərə, 98).

3. Həmçinin, etiqad etmək lazımdır ki, peyğəmbərlər adi insanlardan üstündürlər və insan nə qədər təqvalı, əməlisaleh olsa belə, onların dərəcəsinə çata bilməz. Çünki peyğəmbərlik Allahın dilədiyi kəsə bəxş etdiyi əvəzolunmaz bir nemətidir ki, bu da çalışmaqla əldə oluna bilməz. Uca Allah buyurur: “Allah mələklərdən də elçilər seçir, insanlardan da. Həqiqətən, Allah Eşidəndir, Görəndir!” (əl-Həcc,

75). O, həmçinin buyurur: “Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin Müdrikdir, Biləndir” (əl-Ənam, 83). Sonra Rəbbimiz bir çox peyğəmbərlərin adlarını qeyd etdikdən sonra belə buyurur: “Hamısını aləmlərdən üstün etdik” (əl-Ənam, 86). Bu barədə bu fəsilin birinci məsələsində söhbət açmışdıq.

İmanın əsasları-23

Sünnədə də peyğəmbərlərin yüksək məqam sahibi olmaları və insanların onlara çata bilməmələri haqqında dəlillər çoxdur. Buxari və Muslim, Əbu Hureyradan (r.a) Peyğəmbəri(s.a.s) belə dediyini rəvayət etmişdir: “Heç  bir kəsə: “Mən Yunus ibn Məttədən  daha fəzilətliyəm”–demək yaraşmaz ("Səhih əl-Buxari", 3416; "Səhih Muslim", 2376). Buxarinin rəvayəti isə deyilir: “Hər kim: “Mən Yunus ibn Məttədən daha fəzilətliyəm”–desə, yalan danışmış olar” ("Səhih əl-Buxari", 4604). Hədisi şərh edən bəzi alimlər demişlər: “Peyğəmbər(s.a.s) bunu ona görə belə demişdir ki, ola bilsin cahillərdən kimsə Qurandakı hekayəyə əsaslanıb Yunusu (ə) öz məqamından daha aşağı tutmuş olar”. Həmçinin, alimlər demişlər: “Yunusun başına gələnlər onu peyğəmbərlik məqamından zərrə qədər belə kənara çıxarmamışdır.” Yunusun əhvalatı Qurani Kərimdə əlahiddə qeyd olunur: “Zün-Nunu da yada sal! Bir zaman o qəzəbli qövmündən ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: “Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik!” (əl-Ənbiya, 87-88). Başqa bir ayədə isə Uca Allah buyurur: “Yunus da, həqiqətən, elçilərdəndir. Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı. Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu. O, qınanmağa layiq olduqda balıq onu uddu. Əgər o, Allaha tərif deyənlərdən olmasaydı, balı- ğın qarnında Qiyamət gününə qədər qalardı. O, halsız olduğu və- ziyyətdə Biz onu sahilə çıxartdıq. Onun başı üstündə balqabaq tağı bitirdik. Biz onu yüz mindən də daha çox adama peyğəmbər göndər- dik. Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək fi- ravanlıq nəsib etdik” (əs-Saffət, 139-148).

İmanın əsasları-23

4. Onu da etiqad etmək lazımdır ki, peyğəmbərlərin hamısı eyni dərəcədə deyillər. Allah onların bəzilərini digərlərindən üstün etmişdir. Uca Allah bu barədə buyurur: “Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir” (əl-Bəqərə, 253). Təbəri bu ayənin təfsirində demişdir: “Uca Rəbbimiz buyurur ki, o peyğəmbərlərin bəzilərini digərlərindən üstün etmişəm. Musanı bilavasitə danışdırmışam, beləcə onların bəzilərini dərəcə və məqam baxımından digərlərindən üstün etmişəm.” Buna görə də dəlillərdə göstərildiyi tək onların zitlərini bilmək onların bizim üzərimizdə olan haqlarıdır.

5. Peyğəmbərlərə salavat və salam demək lazımdır. Uca Allah sonrakı qövmlərin peyğəmbərləri tərif edəcəkləri barədə buyurur: “Sonra gələnlər arasında onun üçün gözəl xatirə qoyduq; aləmlər içərisində Nuha salam olsun!” (əs-Saffət, 78-79). İbrahim barədə də belə buyurur: “Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq. İbrahimə salam olsun!” (əs-Saffət, 108-109). Musa ilə Harun barəsində isə belə buyurur: “Sonradan gələnlər arasında hər ikisinə gözəl xatirə qoydu. Musaya və Haruna salam olsun!” (əs-Saffət, 119-120). Başqa bir ayədə isə buyurur: “Elçilərə salam olsun!” (əs-Saffət, 181). İbn Kəsir demişdir: Uca Allahın: “aləmlər içərisində Nuha salam ol- sun!” (əs-Saffət, 79) ayəsində bildirilir ki, bütün qövmlər onu tərif edərək onu xoş xatirələrlə yad edəcəklər. İmam Nəvəvi bütün peyğəmbərlərə salavat deməyin caiz və müstəhəb olması məsələsində alimlərin yekdil rəy sahibi olmalarını bildirmiş və demişdir: “Alimlərin yekdil rəyinə görə, peyğəmbərimiz Muhəmmədə (s.a.s) salavat deyilməlidir. Həmçinin, mötəbər alimlərin yekdil rəyinə görə digər peyğəmbərlərə və mələklərə ayrılıqda qeyd olunduqda salavat deyilir. Peyğəmbərlərdən qeyrilərinə gəlincə isə əksər alimlərin rəyinə görə əvvəldən onlara salavat deyilmir”. Bunlar da dəlillərdə olduğu və elm əhlinin dediyi kimi peyğəmbərrin bəzi haqlarıdır.



Ulul-əzm elçilər 

Ulul-əzm elçilər deyildikdə əzmkar və səbirli olanlar nəzərdə tu- tulur. Uca Allah buyurur: “Elçilərdən möhkəm iradə sahiblərinin səbr etdiyi kimi, sən də səbir et!” (əl-Əhqaf, 35).

Alimlər onlar barədə ixtilaf etmişlər. Bəziləri burada bütün elçilərin nəzərdə tutulduqlarını bildirmişlər. Ayədə “elçilərdən” deyildikdə onların bəziləri deyil, hamısı nəzərdə tutulur. İbn Zeyd demişdir: “Yəni bütün elçilər. Çünki Allahın göndərdiyi bütün peyğəmbərlər möhkəm səbir, iradə və kamil bir ağıl sahibi olmuşlar.”

Bəzi alimlər isə onların sayının beş olduğunu söyləmişlər–bunlar Nuh, İbrahim, Musa, İsa və Muhəmmədir (Allahın onlara salavatı və salamı olsun!). İbn Abbas demişdir: “Ulul-əzm peyğəmbərlər bunlardır: Peyğəmbərimiz, Nuh, İbrahim, Musa və İsa (Allahın onlara salavatı və salamı olsun!)” Mücahid və Əta əl-Xorasani də bu rəyə üstünlük vermişlər. Əksər elm əhli də sonradan bunu daha məqsədəuyğun saymışlar. Onların beşinin adı birlikdə Qurani Kərimdə iki yerdə çəkilir. Onlardan birincisi "əl-Əhzab" surəsindədir: “Bir zaman Biz peyğəmbərlərdən əhd almışıq; səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışıq” (əl-Əhzab, 7). İkinci ayə isə "əş-Şura" surəsindədir: “Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yönəldər” (əş-Şura, 13). Bəzi təfsirçilər demişlər: “Onların adlarının xüsusi olaraq qeyd olunması  onların məşhur şəriətlərə sahib olduqlarının,  xüsusi  şərəf  və fəzilətə layiq olduqlarının göstəricisidir. Bu beşi peyğəmbərlərin ən fəzilətləsi, Adəm övladlarının ən xeyirlisidir. Əbu Hureyra (r.a) demişdir: “Adəm övladlarının ən xeyirlisi beş nəfərdir: Nuh, İbrahim, İsa, Musa və Muhəmməd (Allahın onlara salavatı və salamı olsun!) Onların arasında ən xeyirlisi isə Muhəmməddir (s.a.s)” ("Kəşf əl-astar", 3/114; "Məcmə əz-zəvaid", 8/255; "Müstədrək əl-Hakim", 2/546).

Onların ən xeyirlisinin Muhəmməd (s.a.s) olması barədə Buxari Əbu Hureyradan Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Mən Qiyamət günü Adəm övladlarının ən şərəflisi, qəbirdən ilk çıxan şəxs, şəfaət diləyənlərin və şəfaətçi olanların birincisi olacağam” ("Səhih Muslim", 2278; "Sünən Əbu Davud", 4673).

Saleh əs-Suheymi

Abdur-Rəzzaq əl-Bədr

İbrahim ər-Ruheyli

"Quran və Sünnə işığında İslamın əsasları"

12 yanvar 2015
GO BACK